Əsas Səhifə > Partiya > ABŞ SƏFİRİ YAP-DA

ABŞ SƏFİRİ YAP-DA


6-10-2011, 14:48
ABŞ SƏFİRİ YAP-DA

METYU BRAYZA ƏLİ ƏHMƏDOVLA GÖRÜŞÜB

Bu gün Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ilə partiyanın mənzil qərargahında görüşüb.

Partiyanın mətbuat xidmətindən qafqazinfoya daxil olan məlumata görə, görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında mövcud əməkdaşlıq münasibətləri haqqında bəhs edilib, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb.
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin ABŞ - ın regionla bağlı xarici siyasətində prioritet məsələ olduğunu xüsusi vurğulayan səfir Metyu Brayza rəsmi Vaşinqtonun bu istiqamətdə mühüm irəliləyişlərə nail olmaq üçün ciddi səylər göstərdiyini nəzərə çatdırıb. Bu gün Azərbaycanda islahatların həyata keçirildiyini qeyd edən səfir Metyu Brayza iqtisadi sahədə ciddi irəliləyişin əldə olduğunu vurğulayıb.

YAP- ın Sədr müavini Əli Əhmədov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllində ATƏT – in Minsk qrupunun həmsədri kimi ABŞ – ın oynaya biləcəyi rolu yüksək dəyərləndirildiyini bildirmiş, və bu istiqamətdə Amerika administrasiyasının səylərini daha da artıracağına əminliyini ifadə edib. Bu gün Azərbaycanda həyata keçirilən islahatlara toxunan Əli Əhmədov qeyd etmişdir ki, bu, uğurlu nəticələri olan islahatlardır və bu istiqamətdə atılan addımlar xalq tərəfindən böyük dəstəyə malikdir.

Əli Əhmədov görüşdə daha sonra ABŞ diplomatına Yeni Azərbaycan Partiyasının hazırkı fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib.


Geri qayıt