Əsas Səhifə > Partiya > FİKRƏT HACIYEVİN DURUMU AĞIRDIR

FİKRƏT HACIYEVİN DURUMU AĞIRDIR


12-03-2012, 14:52
FİKRƏT HACIYEVİN DURUMU AĞIRDIR

“SU QƏBUL ETMƏDİYİMƏ GÖRƏ SƏHHƏTİM ÇOX AĞIRLAŞMIŞDI”

“Bir gün də su qəbul etməsəydim, ölə bilərdim”. Martın 12-də “Media forum” saytına açıqlamasında Gəncə Dövlət Universitetinin sabiq müəllimi Fikrət Hacıyev belə deyib. O, fevralın 10-dan Göygöl rayonunda, öz evində aclıq aksiyası keçirir.

Fikrət Hacıyev bildirib ki, martın 6-dan başladığı quru aclıq aksiyasını ayın 10-da bitirib: “Su qəbul etmədiyimə görə səhhətim çox ağırlaşmışdı. Nəfəs ala bilmirdim. Ailəm mənim halımdan çox qorxdu. Evdəkilərin təkidlərini nəzərə alıb su qəbul etdim.

Yenə rəsmi orqanlardan mənimlə maraqlanan yoxdur. Özlərini demokratik media adlandıran bəzi kütləvi informasiya qurumları da mənimlə maraqlanmır. Zəng edirəm, telefonlarıma cavab vermirlər”.

Fikrət Hacıyev məhbus fəal Bəxtiyar Hacıyevin əmisi oğludur. O, Gəncə Dövlət Universitetindən qanunsuz çıxarıldığını iddia edir, işə bərpa olunmasını istəyir. Fikrət Hacıyev Gəncənin Nizami Rayon Məhkəməsinə şikayət etsə də, Gəncə Dövlət Universitetinə qarşı iddiası təmin olunmayıb.


Geri qayıt