Əsas Səhifə > Şou-biznes > 26 MAYIN BİLETLƏRİ SATILIR
26 MAYIN BİLETLƏRİ SATILIR12-03-2012, 15:06 |
ƏSAS MƏŞQİ İZLƏMƏK 60-100 MANATA BAŞA GƏLƏCƏK Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinin mayın 26-da keçiriləcək final mərhələsinin münsiflərin səs verəcəyi əsas məşqinin biletləri satışa çıxarılıb. APA-nın məlumatına görə, hazırda mayın 25-də keçiriləcək finalın əsas məşqinin biletləri eurovision.tv saytında online sistemi ilə satılır. Mayın 25-də «Baku Crystal Hall»da keçiriləcək əsas məşqi izləmək 60-100 manata başa gələcək. Mayın 22-də keçiriləcək I yarımfinalın və eyni mərhələnin əsas məşqinin biletləri fevralın 29-dan, mayın 24-də baş tutacaq II yarımfinalın və eyni mərhələnin əsas məşqinin biletləri martın 5-dən etibarən satışdadır. Mayın 26-da keçiriləcək final konsertinin biletləri isə martın 15-dən (160-200-240) satışda olacaq. Xatırladaq ki, “Eurovision-2012” şousunun təşkil olunacağı arena - “Baku Crystal Hall” 20 min tamaşaçı tutumuna malikdir. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən biletlərin bir hissəsi iştirakçı ölkələrin nümayəndə heyətləri, şounun sponsorları, Avropa Yayım Birliyinin nümayəndələri üçün nəzərdə tutulur. Qalan biletlər isə satışa çıxarılır. Satışdakı biletlərin 1/3 hissəsi beynəlxalq, digər hissəsi Azərbaycan auditoriyası üçün satışa çıxarılır. Satışdakı biletlər ölkələr arasında proporsional sayda bölünür. Alınan hər bilet həmin bilet sahibinin adına olmalıdır. Online satış sistemində bilet əldə edəcək şəxsin adı və soyadını, şəxsiyyəti təsdiqləyən sənədin nömrəsinin daxil etmək mütləqdir. Bir şəxs internet üzərindən bir ödəmə kartı ilə maksimum 4 bilet ala bilər. Ödəmələr MasterCard, Visa kartları, American Express çekləri ilə aparılır. Əldə olunan hər bilet konkret adamın adına rəsmiləşdirilməlidir və bu biletdən yalnız həmin şəxs istifadə edə bilər, onu digərinə verə bilməz. Bilet alan şəxs barədə saxta məlumatlar daxil edilməsi aşkarlanarsa, həmin bilet etibarsız sayılacaq. Online satış zamanı müştəri biletin əldə olunmasını təsdiq edən elektron məktub alacaq. Bilet sahibləri elektron ünvana daxil olmuş vauçeri konsert ərəfəsində Bakıdakı bilet satış köşklərinə verərək biletlərini əldə edəcəklər. Bu, saxtalaşdırmanın və biletlərin qara bazarda satışının qarşısını alacaq. Geri qayıt |