Əsas Səhifə > Gündəm > İCRA BAŞÇISI İLƏ RƏİS RAYONU SUSUZ QOYUB

İCRA BAŞÇISI İLƏ RƏİS RAYONU SUSUZ QOYUB


6-10-2011, 15:17
İCRA BAŞÇISI İLƏ RƏİS RAYONU SUSUZ QOYUB

NİZAMİ SADIQOVA 30 MİN MANAT ÇATIB

DİA.AZ: - Ağdam rayonunda Dövlət Neft Fondunun hesabına salınmış 12 qəsəbədə subartezian quyularının boruları və nasosları satılıb. Bu barədə “Dünya” İnformasiya agentliyinə (dia-az.life) rayonda yaşayan sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, boru və nasosların satılmasında rayonun suvarma sistemleri idaresinin rəisi Şahmar Rzayev və icra başçısı Nizami Sadıqovun əli var. İcra başçısı ilə rəis birləşərək 12 qəsəbənin əhalisini susuz qoyublar. Belə ki, rayonun 12 qəsəbəsində borular sökülüb və satışa çıxarılıb. İçməli suya həsrət qalan əhali dəfələrlə müraciət etsə də, nəticəsiz qalıb. Ən dəhşətlisi odur ki, sakinlər Şahmar Rzayevdən boru və nasosların taleyini soruşduqda, o bunların satıldığını etiraf edib.

Ş.Rzayev təsdiqləyib ki, bunun müqabilində Nizami Sadıqova 30 min manat verib. O sakinlərə ddeyib ki, bir müddət gözləsinlər: “Mən nə etməliyəm, səlahiyyətimdə olan məsələ deyil. Nə vaxt nasos düzələr, suyunuz gələcək”.

Bundan başqa, Quzanlı qəsəbə sakinləri isə bildiriblər ki, əkinlərinin suvarılması üçün nəzərdə tutulmuş su boruları yoxa çıxıb. Ağdam rayon suvarma sistemlərinin balansında olan və qəsəbənin Qarabağ kanalı üstündə yerləşən 160 ədəd borunun satıldığı məlum olub. Onu da deyək ki, həmin boruların biri 120 manatadır. Sakinlər rayon polis şöbəsinə müraciət etsələr də, heç bir tədbir görülməyib.

Rayonun Əlibəyli və Qasımbəyli qəsəbələrinin sakinləri isə antisanitariya şəraitinin hökm sürməsindən gileyləniblər. Qəsəbənin kommunal təsərüfat işşilərindən olan Vahid Hüseynov deyib ki, onların qəsəbə üçün zibil qutuları almağa maddi imkanı yoxdur.


Geri qayıt