Əsas Səhifə > Dünya > FRANSA PREZİDENTİNİN FIRILDAĞI İFŞA OLUNDU

FRANSA PREZİDENTİNİN FIRILDAĞI İFŞA OLUNDU


13-03-2012, 12:02
FRANSA PREZİDENTİNİN FIRILDAĞI İFŞA OLUNDU

QƏZZAFİ SARKOZİYƏ 50 MİLYON AVRO VERİB

"Komsomolskaya pravda" xəbər verir ki, Sarkozi Qəzzafinin oğlunun bu haqda dediklərinin əsassız olduğunu iddia edib.

"Onda belə çıxır ki, mən onlara nankorluqla cavab vermişəm", - deyə Sarkozi ölkəsinin Qəzzafi rejiminin devrilməsinə səbəb olmuş əməliyyatlarda iştirakını nəzərdə tutaraq bildirib.

Xatırladaq ki, Sarkozinin seçki kampaniyasının Qəzzafi tərəfindən maliyyələşdirildiyinə dair xəbərlər bu günlərdə yenidən gündəmə gəlib. Söhbətin 50 milyon avrodan getdiyi bildirilir.
Bu haqda ilk məlumatı hələ 2011-ci ilin martında Qəzzafinin oğlu Seyf əl-İslam açıqlamışdı. O, Fransa prezidentindən pullarının geri qaytarılmasını tələb etmişdi: "Biz onun seçki kampaniyasını maliyyələşdirmişik. Sübutlarımız var. Onları açıqlamağa hazırıq".


Geri qayıt