Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DAHA BİR SAYTIN İŞİ ƏNGƏLLƏNİB

DAHA BİR SAYTIN İŞİ ƏNGƏLLƏNİB


13-03-2012, 12:14
DAHA BİR SAYTIN İŞİ ƏNGƏLLƏNİB

“XALQXEBER.İNFO” SAYTI PROBLEMLƏRLƏ ÜZ-ÜZƏ

Yeni fəaliyyətə başlamış və hadisələrə tənqidi yanaş tərzi ilə qısa zamanda geniş oxucu kütləsi qazanmış “Xalqxeber.info” saytı bu gün günorta saatlarında dağıdılıb.

Saytın təsisçisi və rəhbəri Peyman Sadıqov DİA.AZ-a bildirib ki, son zamanlar “Xalqxeber.info”-da yazılan informasiyaların doğruluğundan qorxan və ehtiyyat edən icra başçıları həmçinin bir neçə oliqarx məmurlar saytın dağılmasına nail olublar. Qısa zaman içərisində geniş oxucu kütləsi toplayan “Xalqxeber.info” saytı dağılıb.

Çünki bu sayt ilk gündən özunə, kollektivi ilə doğru yol seçib və bundan sonra da qarşımıza qoyduğumuz məqsədə daha da həvəslə addımlayacağıq. Saytın fəaliyyəti tezliklə bərpa olunacaq.

Peyman Sadıqov onuda qeyd edib ki, saytda yazılan hər bir yazı doğruluğu ilə bəzi oliqarx məmurların neqativ işlərinə mane olurdu. “Xalqxeber.info” tərəfsiz və heç bir məmurun maraqlarına xidmət etmək iqtidarında olmayıb və bundan sonra da olmayacaq. Məqsədimiz yalnız dövlətə və dövlətçiliyə xidmət etmək, cənab Prezidentin apardığı siyasətə öz azğın əməlləri ilə xələl gətirən yerlərdəki məmurların əmllərini ictimai qınaq obyektinə çevirməklə onları bu əməllərindən uzaqlaşmağına nail olmaq və bu yolla dövlətin mənafeyini qorumaqdır. “Xalqxeber.info”-nun esas prinsipi neqativ hallara qarşı mübarizə aparmaq və baş verən hər bir prosesi olduğu kimi oxucuya çatdırmaqdır. Bunu da bəzi məmurlar həzm edə bilmir. Qeyd edək ki, Dövlət başçımız ötən il çıxışlarının birində bildirdi ki, ictimai nəzarət gücləndirilməlidir, çatışmamazlıqlar aradan qaldırılmalıdır və bu yolda mətbuat işçilərinin üzərinə böyük yük düşür. Biz də “Xalqxeber.info” informasiya agentliyi olaraq cənab prezidentin dediklərini rəhbər tutaraq, mövqeyimizi bu istiqamətdə qurmuşuq. Jurnalist olaraq neqativ hallara göz yummaq dövlətə və dövlətçiliyə düşmən mövqedə bulunmağın əsasını təşkil edir. Çünki “Neqativ halları görməzliyə vurmaq, dövlətə və dövlətçiliyə düşmənçilik siyasətidir”.

Biz də regionlarda baş verən məmur özbaşınalıqlarından yazmağa başlamaqla yanaşı aidiyyatı nazirliklərə ayan edirik ki, tabeçiliyində olan rayon şöbələri hansı vəziyyətdədir və nə işlə məşğuldurlar. Görünür bəzi öz şəxsi maraqlarına xidmət edən, Prezidentin onlara göstərdiyi etimaddan istifadə edən oliqarx məmurlar öz qanunsuz, özbaşına əməllərinin qəzet səhifələrinə və informasiya agentliklərinə çıxıb, qınaq obyektinə çevrilməsindən qorxaraq azad mətbuata hücuma keçiblər. Bizim isə ümdə amalımız qanunun aliliyini qorumaq və haqq-ədalətin bərqərar olunmağına nail olmaqdır.


Geri qayıt