Əsas Səhifə > Gündəm, Manşet > ATƏŞFƏŞANLIQ MƏMURLARI ÜZ-ÜZƏ QOYDU

ATƏŞFƏŞANLIQ MƏMURLARI ÜZ-ÜZƏ QOYDU


13-03-2012, 12:23
ATƏŞFƏŞANLIQ MƏMURLARI ÜZ-ÜZƏ QOYDU

RÖVNƏQ ABDULLAYEVLƏ HACIBALA ABUTALIBOV NƏDƏN XƏSİSLİK ETDİLƏR?

DİA.AZ: - Bu arada redaksiyamıza çox ilginc bir məlumat daxil olub. Nazirlər Kabinetindəki qaynaqlardan sızan informasiyada bildirilir ki, bu gün Bakı şəhərində ilaxır çərşənbə ilə əlaqədar təşkil olunan törənin maliyyələşdirilməsi məmurlar arasında yeni nifaqa səbəb olub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti ilaxır çərşənbə ilə əlaqədar paytaxtda atəşfəşanlıq təşkil edəcək. Məlumatlarda deyilir ki, milli geyimli atlıların müşayiət edəcəyi 5 fayton və 6 dəvədən ibarət olan Novruz personajları, musiqiçilər və digər iştirakçıları aparan bayram karvanı səhər saat 10:00-da Qoşa Qala qapısının qarşısından hərəkət edərək Suraxanı rayonu “Atəşgah” məbədinə gedib, orada yandırılmış məşəli Qoşa Qala qapısının qarşısındakı “Gənclər meydanı"na gətirəcək və bu odla bayram tonqalı alovlandırıblar.

"Gənclər meydanı"nda saat 18:20-dən bayram konserti başlayacaq və saat 20:00-da atəşfəşanlıq olacaq.

Mötəbər mənbənin DİA.AZ-a bildirir ki, hər dəfə atəşfəşalıq üçün 200 min ABŞ dolları həcmində vəsait ayırılır və bu vəsaitin ayrılması qeyri-rəsmi bir prosesdir: «Məsələn, adətən bu təmtəraqı ya Dövlət Neft Şirkəti, ya da Bakı şəhər meriyası maliyyələşdirir. Amma bu dəfə hər iki qurum atəşfəşanlıq üçün maliyyə vəsaitini ayırmaqdan imtina edib. Və bu da skandala səbəb olub».

Məlumatlara görə, məsələləri birbaşa olaraq diqqətdə saxlayan Prezident Administrasiyası isə atəşfəşanlığı təşkil edən şirkətə (bildirək ki, həmin şirkətin adı redaksiyamıza məlumdur, lakin bir sıra səbəblərdən açıqlamırıq -red.) borclu qalınmaması ilə bağlı göstəriş verilib: «Bundan sonra ARDNŞ şefi Rövnəq Abdullayevlə Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov az qala «atışıb» tələb olunan vəsaiti düzəldiblər».


Geri qayıt