Əsas Səhifə > Siyasət, Manşet > İSMƏT ABBASOVUN BEYNƏLXALQ MAXİNASIYALARI

İSMƏT ABBASOVUN BEYNƏLXALQ MAXİNASIYALARI


13-03-2012, 12:52
İSMƏT ABBASOVUN BEYNƏLXALQ MAXİNASIYALARI

NAZİR DÜNYA BANKINDAN ALINAN PULLARI ŞƏXSİ BİZNESİNƏ YÖNƏLDIB?

DİA.AZ: - Kənd Təsərrüfatı Nazirliyində baş verən maxinasiyalar və büdcə yeyintiləri haqda mətbuatda çox yazılıb. Nazirlik daxilindəki mənbədən redaksiyamıza ötürülən son məlumatlar isə nazir İsmət Abbasovun yeni korrupsiya faktlarını ortaya qoyur. Həm də bu dəfə maliyyə maxinasiyası ölkə hüdudlarından da kənara çıxır.

Mənbəmizin DİA.AZ-a bildirdiyinə görə, Dünya Bankı tərəfindən 2003-cü ildən Azərbaycana verilən 18,8 milyon dollar kənd təsərrüfatı kreditləri mənimsənilib. Bu vəsaitin mənimsənilməsində isə kənd təsərrüfatı naziri İsmət Abbasov, onun tabeliyində işləyən Rasim Vəliyev, Məcid Əsədov, Arif Əliyevin adı çəkilir.

Məlumat üçün bildirək ki, hökumət zəmanətinə götürdüyü 18,8 milyon dolları 8 faizlə verir, məmurlar da onun üzərinə şəxsi mənfəətləri üçün olan faizləri gələrək onu guya kənd təsərrüfatı istehsalçılarına paylayırlar. Bu illər ərzində həmin vəsaitin 10-15 faizi ancaq yerlərdə xüsusi adamlara paylanıb, qalan hissəsi Bakıda biznes fəaliyyətinə, mənzil və bağ evləri tikintisinə, şəxsi işlərə sərf olunub.

Nazir İsmət Abbasov «SS» tikinti firmasının rəhbəri Saday Hümbətovla əvvəlcədən əlbir olaraq iş görüb. Büdcədən baytarlıq xidmətinin regionlarda idarələrinin tikintisi üçün Ağcabədi, Şəmkir, Göy-göl, Gəncə, Bərdə, Zərdab, Zaqatala və Ağstafa rayonlarında nəzərdə tutulan inzibati binaların tikintisi üçün 4-5 milyon manat pul ayrılmasına baxmayaraq firmanın rəhbəri Saday Hümbətov kənd təsərrüfatı nazirliyinin ən yüksək vəzifəli şəxslərilə qabaqcadan əlbir olaraq Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə xanımla birlikdə həmin vəsaitin 1-1,5 milyonunu talan edib. Layihədə nəzərdə tutulan işlərin heç biri görülməyib, hətta özül üçün nəzərdə tutulan betonun tökülməsində belə çox böyük tikinti pozuntularına yol verilib.

Daha bir maxinasiya isə paylanan kreditlərdən geri qayıdan vəsaitin idarə olunması ilə bağlı baş verib. Nazir İ.Abbasov hökumətə saxta hesabatlar təqdim etdirib ki, guya paylanan kreditlər vaxtında geri qaytarılıb, gecikmə və dağıntı da yoxdur. Gecikmə 500 min təşkil edir ki, bu da Mərkəzi Bankın müəyyən etdiyi həddədir. Əslində isə bu rəqəm normadan 10 dəfə çox, yəni 5-6 milyona qədərdir. Baş verənlərlə bağlı qəzetimizi məlumatlandıran mənbənin sözlərinə görə isə həmin kreditdən istifadə edən Lənkəranda «Azor» Kredit İttifaqının 460 min, İmişlidə «İlham» Kredit İttifaqının 980 min, Füzulidə «Kömək» Kredit İttifaqının 2,0 milyon, yenə də İmişlidə «Aqroinvest» Kredit İttifaqının 1,5 milyon gecikən və mənimsənilən kreditləri «unudulub» və elə zənn edirlər ki, bunu gizlədə biləcəklər. Mənbəmizin sözlərinə görə bütün bu hadisələr Korrupsiyaya Qarşı Mübarzə İdarəsi və Hesablama Palatası tərəfindən araşdırılır.


Geri qayıt