Əsas Səhifə > Güney Press, Araşdırma > NAZİR OĞLU İCRA BAŞÇISINI DÖYMƏSİNDƏN DANIŞDI

NAZİR OĞLU İCRA BAŞÇISINI DÖYMƏSİNDƏN DANIŞDI


13-03-2012, 13:11
NAZİR OĞLU İCRA BAŞÇISINI DÖYMƏSİNDƏN DANIŞDI

ANAR MƏMMƏDOV HƏBİBOVU DÖYMƏDYİNİ DEDİ

“Mən heç kimi döyməmişəm. Belə bir şey olmayıb, ola da bilməz. Bu, sadəcə haqqımda yazılan növbəti böhtandır”. Bunu APA-ya açıqlamasında “ZQAN Holding” şirkətlər qrupunun Direktorlar Şurasının sədri, Amerika-Azərbaycan Alyansının təsisçisi Anar Məmmədov mətbuatda Qubanın sabiq İcra Hakimiyyəti başçısı Rauf Həbibovu kabinetində döyməsi barədə suala cavab verərkən deyib.

A. Məmmədov bundan əvvəl barəsində yazılanlar barədə susqunluq nümayiş etdirməsinin də səbəbini açıqlayıb: “Susmağımın əsas səbəbi yalan bir şeyə reaksiya vermək istəməməyim idi. Reaksiyamı məhkəməyə müraciət etməklə bildirdim. Azərbaycan demokratik ölkədir, onun azad mətbuatı var. Bununla belə, yenə də hər bir insan haqqında nə isə yazmazdan öncə dəqiqləşdirmə aparmaq, bu haqda düşünmək, həmin insanı tanımaq lazımdır”.

A. Məmmədov məhkəmə qərarı ilə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin ona ödəyəcəyi vəsaitdən imtina edib-etməyəcəyi barədə suala isə belə cavab verib: “Buna məhkəmə qərar verəcək, bu barədə indidən fikir söyləyə bilmərəm”.

O, təsisçisi olduğu Amerika-Azərbaycan Alyansının fəaliyyəti barədə də danışıb: “Amerika-Azərbaycan Alyansı yeni təşkilatdır, 2011-ci ilin may ayında ABŞ-ın Vaşinqton şəhərində təsis edilib. Əsas məqsədimiz Azərbaycanı və azərbaycançılıq ideyasını, ölkəmizin həqiqətlərini, mədəniyyətini ABŞ-da tanıtmaqdır. Amerika-Azərbaycan Alyansının saytında yaradılmış bölmə vasitəsilə hər bir insan ABŞ prezidenti Barak Obamaya məktub ünvanlaya, öz fikirlərini bildirə bilər”.

A. Məmmədov rəhbəri olduğu alyansın Xocalı faciəsinin 20 illiyi ilə bağlı Amerikada keçirdiyi aksiyalardan da danışıb: “ABŞ-ın nüfuzlu “The New York Times” və “The Washington Post” qəzetlərində tam bir səhifə Xocalı soyqırımına həsr olundu, saytlarda məqalələr yerləşdirildi. Vaşinqton şəhərində 400-ə yaxın metro və avtobusda Xocalı soyqırımına aid posterlər yerləşdirildi, ABŞ-ın bir sıra hava limanlarında isə əhaliyə bu soyqırımdan bəhs edən broşürlər paylandı”.


Geri qayıt