Əsas Səhifə > Partiya > İSLAM PARTİYASINDA QOPMALAR VAR

İSLAM PARTİYASINDA QOPMALAR VAR


13-03-2012, 13:14
İSLAM PARTİYASINDA QOPMALAR VAR

QURUMUN ŞİRVAN KOMİTƏSİNİN SƏDRİ İSTEFA VERİB

Azərbaycan İslam Partiyası Şirvan şəhər komitəsinin sədri Əlisəfa Əhədov tutduğu vəzifədən istefa verib. “Media forum” saytına açıqlamasında Əlisəfa Əhədov istefasının səbəblərini açıqlamayıb və martın 10-da istefa ərizəsini partiya rəhbərliyinə təqdim etdiyini deyib. O, 2011-ci ilin iyul ayında partiya sıralarına gəldiyini və elə o vaxtdan da Şirvan şəhər komitəsinin sədri seçildiyini əlavə edib.

Azərbaycan İslam Partiyası sədrinin müavini Rövşən Əhmədov Əlisəfa Əhədovun istefa verdiyini təsdiq edib: “Onun ərizəsini görməmişəm, amma martın 12-də bizə telefonla zəng edib xəstəliyi ilə bağlı uzun müddət Azərbaycanda olmayacağını, müalicəyə gedəcəyini dedi. Ona təklif olundu ki, işlərini müavinlərindən birinə həvalə eləsin. Əgər səhhəti həqiqətən də işləməyə imkan vermirsə, nizamnaməyə uyğun konfrans çağırılsın və komitəyə yeni sədr seçilsin”.

Rövşən Əhmədov Azərbaycan İslam Partiyasının daim ictimaiyyətin diqqətində olduğunu bildirib: “Bu, bütün dünyada, eləcə də regionda gedən proseslərlə bağlıdır. İslam Partiyasına hakimiyyət elədiklərini eləyib. Partiya sədri, fəal üzvləri həbs olunub, ofisimiz əlimizdən alınıb, təqib olunanlar var. Heç bir ictimai-siyasi qurum bundan artıq repressiya ilə, təzyiqlə, təqiblə, haqsızlıqla qarşılaşmayıb. Bütün bunlara rəğmən İslam Partiyası ayaq üstə durmağı bacarır, fəaliyyətini davam etdirir. Biz bundan sonra da İslam Partiyasına qarşı müxtəlif hücumların, növbəti təzyiqlərin olacağını gözləyirik, buna hazırıq”.


Geri qayıt