Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > ROBERT ƏYYUBOV 1 MAYDA «XALTURA» EDƏCƏK

ROBERT ƏYYUBOV 1 MAYDA «XALTURA» EDƏCƏK


13-03-2012, 13:36
ROBERT ƏYYUBOV 1 MAYDA «XALTURA» EDƏCƏK

BƏYLƏR ƏYYUBOVUN QOHUMU YENƏ DƏ ZİYA MƏMMƏDOVA QARŞI GEDİR

DİA.AZ: - Son zamanlar nəqliyyat naziri Ziya Məmmədov çox ciddi şəkildə geriləmələr yaşamaqdadır. Qubada baş verən qalmaqallı olayların naziri elə şok duruma salıb ki, hələ də özünə gələ bilmir. Bu barədə məlumatı verən hökumət içindəki etibarlı mənbə iddia edir ki, amma NN şefi qısa müddət içində toparlanacaq. Artıq bunun ilkin simptomları da görükməkdədir.

Mənbənin DİA.AZ-a söylədiyinə görə, mayının 1-nə qədər köhnə sovet maşınlarına vaxt verən Ziya Məmmədova «yuxarıların» dəstəyin vacib surətdə lazımdır. Əgər bu dəstək olmazsa və taksi sürücülərinin etiraz aksiyaları NN şefi qarşı dayanan hakimiyyət içindəki əks qütb tərəfindən yenə də dəstəklənərsə, o zaman ümumiqtidar maraqları təhlükə altına düşmüş olacaq.

Mənbənin söylədikləri: «Məlumdur ki, Ziya Məmmədovun taksilərlə bağlı islahatları hakimiyyətin üst düzəyi tərəfindən dəstəklənir. Amma buna baxmayaraq, rəqibləri Ziya Məmmədovun bu işini əngəlləməyə çalışırlar. Məsələn, nazir hələ xeyli əvvəldən bəyan etmişdi ki, ölkənin iri şəhərlərinin hər birinin özəl taksi rəngi olacaq. Lakin hakim düşərgədə kifayət qədər ağır çəkiyə malik olan Bəylər Əyyubovun yaxın qohumu Robert Əyyubov nazirin bu planlarını alt-üst etdi. Artıq Bakıda ağ rəngli taksilərin istismarına da icazə verilib ki, bunda da yeganə maraqlı tərəf məhz Robert Əyyubovdur».

Mənbəmiz iddia edir ki, məhz bu kimi olaylar ucundan, digər yandanda Qubada baş verən hadisələr Ziya Məmmədovu tədircin hala salsa da, heç də yuxarılar NN şefindən imtina fikrində deyillər: «Lakin mövcud vəziyyət də qənaətbəxş deyil. Hər halda, Ziya Məmmədov özünü hazırda diskomfort vəziyyətdə hesab edir və o, may ayının 1-i ilə bağlı verdiyi sözün üzərində durmazsa, o zaman könüllü şəkildə istefaya getmək zorunda qala bilər».

Hələlik bu barədə yekun bir qərar olmasa da, qaynaq Ziya Məmmədovun qısa müddət içində toparlana biləcəyi ehtimallarından danışır: «Hər halda, başqa variant mümkün də deyil».

Amma digər mənbələr 1 may tarixinin Ziya Məmmədov üçün ağır günlərin startı kimi təəssürat bağışlayacağını da iddia edirlər. Məlumatlarda deyilir ki, artıq «hakimiyyətin ərköüyünü» kimi ad çıxarmış Robert Əyyubov nazirin bu planını da pozmağa hazırlaşır. Bunun isə bir tarixçəsi var. Bildirək ki, Robert Əyyubov daha çox sadə camaatların müdafiəçisi kimi ad çıxardığından, mənbəmizin danışdığı olay da məhz bu qəbildəndir: «Robert Əyyubov bu günlərdə köhnə sovet maşını olan «jiquli» taksilərdən birinə əyləşir və sürücüyə özünü tanıtdırmadan onunla söhbət edir. Sürücü də müştərisini tanımayaraq ona dərdini danışır və Ziya Məmmədovun qarasınca gileylənir. Bundan sonra Robert Əyyubov sürücüyə deyir ki, «narahat olma, mayın 1-dən heç nə baş verməyəcək». Bu hadisədən sonra Bəylər Əyyubovun yaxın qohumu hətta nazirə də telefon açıb və ondan sovet maşınlarına dəyməməsini istəyib».

Mənbəmiz onu da bildirir ki, Robert Əyyubov hətta yaxın çevrəsinə «1 mayda sovet maşınına taksi nişanı taxıb «xaltura» edəcəm, görüm kim nə deyir» şəklində ideyasını da söyləyib.

Deməli, 1 may tarixində - tarixi Zəhmətkeşlər Günündə bu dəfə zəhmətkeş taksi sürücülərini ilgiləndirən maraqlı hadisələr baş verə bilər. İzləyək…


Geri qayıt