Əsas Səhifə > Partiya > TALEH QARAŞOV HƏDƏLƏNDİ

TALEH QARAŞOV HƏDƏLƏNDİ


13-03-2012, 18:18
TALEH QARAŞOV HƏDƏLƏNDİ

İSLAMÇI MƏHBUS İCRA BAŞÇISINA “ÇAŞMA” DEDİ

İslam Partiyasının həbsdə olan Astra rayon komitəsinin sədri Rufulla Axundzadə Astara rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova Açıq Məktub göndərib. Məktubu olduğu kimi təqdim edirik:

“Bağışlayan və rəhm edən Allahın adı ilə!
Əvvəlan Salam! Sizi görmədiyim, xasiyyətinizə bələd olmadığım, hansı mahaldan olduğunuzu da bilmədiyim üçün və eləcə də rayonumuzda qonaq olduğunuzdan, Sizə əvvəlcədən bir məsləhətmi deyim, xəbərdarlıqmı deyim, İslamda deyildiyi kimi “əmr be məruf və nəhy əz münkər” etməyi özümə borc bildim.

SSRİ dönəmində rayona rəhbərlik edənləri nəzərə almasaq, müstəqillik əldə olunandan sonra Siz Astara rayonunda Prezidentin 6-cı nümayəndəsisiniz. Yəni o nöqteyi-nəzərdən Sizi qonağımız bilirəm.
Qeyd edim ki, rayon icra aparatında dəyişməyən müavin və işçilərinizin tərcümei-halını yaxşı araşdırsanız və ya əməllərini yoxlatdırsanız, onların əksəriyyətinin rayondakı narazılıqların əsas mənbəyi olduqlarını görəcəksiniz. Bir idarə rəislərini, məktəb direktorlarını deyil, rayondakı narazı təbəqənin səmimi olanlarına diqqət edib onları dinləsəniz, hər şeyi düzgün analiz etmək şansı əldə edərsiniz.

Qaldı həyat yoldaşım Axundzadə Tamara Talıb qızı ilə dioloqunuza, əvvəla xanımım qəza nəticəsində əlillik qazandığından və 8 uşaq dünyaya gətirərək tərbiyəsi ilə məşğul olduğundan (hamısı nümunəvi və intellektlidirlər) hal-hazırda da 6-sı tələbə və məktəbli olduqlarından, hər hansı müəssisə və təşkilatlarda işləmək iqtidarları olmadığından, ünvanlı sosial yardıma iddialıdırlar. Əgər hardasa qeyri-qanunilik varsa və siz bilirsinizsə, verin yoxlamağa, ya veriləni də kəsdirin, ya da verilməyən hissəni ödətdirin. Necə ki, dioloqdan sonra kimlərinsə sözü ilə səlahiyyətlərinizi aşaraq qış ərəfəsində onlara verilən təbii qazı kəsdirmişdiniz. Lakin yaddan çıxarmayın ki, o ailə qürurlu, namuslu qeyrətli kişinin və eləcə də Allahdan qorxan, yerdə isə heç kəsdən, heç nədən çəkinməyən ədalətli ailənin namuslu, qorxmaz əyalı və üzvləridirlər.
Odur ki, Allaha hesabat verən və Allah-təalanın göndərdiyi azuqə, səadət və ya əzab əziyyətlərindən xoşhal olub şükr və səbr edənlərlə ehtiyatlı davranmağı və çaşmamağınızı tələb edirəm! Vəssəlam!

Axundzadə Rufulla Höccət oğlu”

P.S. Məktubun bəzi hissələri ixtisar olunub. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt