Əsas Səhifə > Sosial, Manşet > HÖKUMƏTİN SÖYLƏDİYİ İPOTEKA YALANI

HÖKUMƏTİN SÖYLƏDİYİ İPOTEKA YALANI


14-03-2012, 11:26
HÖKUMƏTİN SÖYLƏDİYİ İPOTEKA YALANI

ƏBÜLFƏS QARAYEV GƏNCLƏRİN EV PROBLEMİNİ NECƏ “HƏLL EDİR”?

DİA.AZ: - Azərbaycanda bu il dövlət ipoteka kreditləşməsi aparılmayıb. Lakin ipoteka kreditlərinin verilməsinə mane olmayıb. Yanvarda İpoteka Fondunun xətti ilə 2 milyon 700 min manatlıq ipoteka krediti verilib. İpoteka Fondundan verilən məlumata görə, ipoteka kreditləşməsinin başlandığı 6 ildə vətəndaşlara 347 miloyn 610 min manatlıq kredit verilib. Nəticədə bu ilin fevralınadək ölkədə adambaşına düşən ipoteka kreditinin həcmi 38,6 manata çatıb.

DİA.AZ bildirir ki, 2012-ci ilin yanvar-fevral ayları ərzində İpoteka Fondunun 3 milyon manat həcmində istiqraz yerləşdirməsinə baxmayaraq, bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcminin 12,74 milyon manat təşkil etməsidir.

İpoteka Fondunun vəsaiti mənzilə olan tələbatı ödəmək üçün kifayət deyil. Çünki ipoteka kreditlərinə ayrılan vəsait çox azdır. Dövlət büdcəsindən sosial ipoteka üçün 20 milyon manat vəsait ayrılıb ki, bu da olduqca kiçikdir. Büdcənin indiki imkanlarını nəzərə alsaq, insanların mənzilə olan təlabatın qarşılanmadığını demək olar. Xarici borcların idarəedilməsi və beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsinə hər il təqribən 250 milyon manat ayrılır. İpoteka kreditlərinə ayrılan pullar bu vəsaitdən 12 dəfə azdır.

Hazırda ayrılan vəsaitdən ipoteka krediti götürmək istəyənlərdən hər 10 nəfərindən biri yararlana bilir. İpoteka kreditlərinin şərtləri kifayət qədər ağır olduğuna görə səmərəli hesab oluna bilməz. Çünki 8 faizə və 25 il müddətinə təklif olunan bu kreditlər soyğunçuluqdur. Tutaq ki, 50 min manat vəsait alan vətəndaş müvəkkil banka 25 ilə 130 min manat ödəməlidir. Alınan kreditdən təqribən 3 dəfə çox pul qaytarılmalıdır. Bu isə proqramını səmərəli olmasına imkan vermir.

2009-cu ildə verilən adi ipoteka kreditlərinin həcmi istiqrazların satışından əldə edilən vəsaitdən az olub. Beləliklə İpoteka Fondu 2009-cu ildəki qənaətini 2012-ci ilin yanvar-fevral aylarında kreditlərin verilməsinə yönəldib.

Sosial ipoteka kreditlərinin şərtlərinin təkmilləşdiriləcəyi bildirilsə də, hələlik bu reallaşmayıb. Mərkəzi Bankın son açıqlamaları göstərir ki, hökümət yalnız sosial ipoteka kreditlərinin şərtlərini asanlaşdırmaq niyyətindədir. Halbuki, 2010-cu ilin sonunda Mərkəzi Bank, eləcə də Gənclər və İdman Nazirliyi Nazirlər Kabinetinə təqdim etdiyi təkliflər paketində həm adi, həm də sosial ipoteka kreditlərinin şərtlərinin sadələşdirilməsi təklif edilirdi.


Geri qayıt