Əsas Səhifə > Şou-biznes > GƏNC MÜĞƏNNİDƏN QEYRİ-ADİ İSTƏK
GƏNC MÜĞƏNNİDƏN QEYRİ-ADİ İSTƏK6-10-2011, 17:25 |
“SİNƏMİ SIĞORTALATMAQ İSTƏYİRƏM” Azərbaycanın gənc müğənnilərindən olan Sehri Rəhimova "sponsor söhbətləri"ndən qorxaraq, oxumaqdan imtina edibmiş. Milli.Az xəbər portalının məlumatına görə, o, bunu Day.Az saytına müsahibəsində bildirib. İfaçı "Yeni Ulduz" müsabiqəsindən sonra "itib-batmasını" belə izah edib: "Oxumağı çox istəyirdim. Amma bəzi problemlərə görə, peşəmi dəyişmək qərarına gəldim. Cəmi 18 yaşım var idi. Elə vəziyyətlər yaranırdı ki, razılaşa bilmirdim. Çox çətin idi. Zaman keçdikcə anladım ki, oxumaya bilmirəm. Baş verənləri izah etməyə çətinlik çəkirəm. Barışa bilmədiyim söhbətlər sponsor söhbətləri idi". Həmin vaxtdan bir neçə il keçdikdən sonra, deyəsən, S.Rəhimova əvvəllər barışa bilmədiyi vəziyyətlə barışmalı olub: "İndi böyümüşəm. 5 ildən artıq vaxt keçib və anlamışam ki, bu faktla barışa bilərəm. Gecə-gündüz oxuyuram. Məhz oxumaq arzum məni bütün bunlarla barışmağa vadar edir. Əvvəllər həyatı başqa cür təsəvvür edirdim. Onda sadəlöhv idim. Amma indi həyatı olduğu kimi yaşayıram. Nəyəsə nail olmaq istəyiriksə, onun parametrlərinə cavab verməliyik". Bununla yanaşı, ifaçı bildirib ki, "bəzi məqamlarla barışdığını" söyləməsi heç də sponsoru olduğu demək deyil: "Amma onun peyda olacağını istisna etmirəm. Necə deyərlər, incəsənət qurban tələb edir". Azərbaycan şou-biznesində özünü sığorta etdirməyin son zamanlar aktuallıq qazandığına dair sualı cavablandıran S.Rəhimova deyib: "Mən ilk növbədə burnumu sığortalatdırardım. Çünki o, əməliyyat olunub. Sinəmi və ayaqlarımı da sığortalatmaq istərdim". Geri qayıt |