Əsas Səhifə > Üçüncü sektor > “SOCAR TRADING”İN İŞİNDƏ YUBANMA
“SOCAR TRADING”İN İŞİNDƏ YUBANMA14-03-2012, 11:54 |
BƏƏ-DƏ YENİ TERMİNALIN İLK NÖVBƏSİ BİR İL GEC İSTİSMARA VERİLİB SOCAR Trading yaxın iki həftədə Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə terminalında neft məhsullarının ilk partiyasını əldə edəcək. Bu barədə şirkətin rəsmi məlumatında deyilir. Gücü 114 min m3 və ya 640 min barrel neft olan Füceyrə terminalında tikintinin ilk mərhələsi başa çatıb və o, işə hazırdır. “ Füceyrə terminalı üçün nəzərdə tutulan mazutun ilk partiyası artıq yoldadır”, - deyə SOCAR Trading-in Dubay təmsilçisi Kristian fon Lanqerman (Christian von Langermann) bildirib. * 19 may 2010-cu ildə ARDNŞ və İsveçrədə olan Aurora Progress Ticarət Evi (1978-ci ildə yaradılıb) neft anbarlarının inkişafı sahəsində əməkdaşlıq barədə razılığa gəliblər. Terminalın operatoru SOCAR Aurora Fujairah Terminal (təsisçisi SOCAR Trading (İsveçrə) və Aurora Progress) olacaq. 20 rezervuardaan ibarət olub 641 min m3 neft və neft məhsulları saxlayacaq Fujairah Terminal-ın 2011-ci ilin əvvəlində istismara vermək planlaşdırılırdı. ** SOCAR Trading 2008-ci ilin fevralından Cenevrdə fəaliyyət göstərir. Şirkətin saytında deyilir ki, o, ARDNŞ-nin marketinq və inkişaf üzrə beynəlxalq şöbəsidir və 3 strateji məqsd üçün yaradılıb: - ARDNŞ neftinin dünya bazarında satılması və optimallaşdırılması; -üçüncü tərəflərin ticarət fəaliyyətinin hazırlanması (neft və neft məhsulları satışı); - qlobal inkişaf strategiyasından ARDNŞ-yə kömək. SOCAR Trading 2009-cu ilin sentyabrında SOCAR Trading Singapore-ı, 2010-cu ilin aprelində Vyetnamda şöbə yaradıb. Bu gün şirkətin Nigeriya, Misir, Ukrayna, Çexiya, Hindistan, ABŞ və Cənubi Koreyada şöbələri var. Geri qayıt |