Əsas Səhifə > Partiya > İSA QƏMBƏR DƏ JURNALİSTLƏ BAĞLI VİDEODAN DANIŞDI

İSA QƏMBƏR DƏ JURNALİSTLƏ BAĞLI VİDEODAN DANIŞDI


14-03-2012, 12:29
İSA QƏMBƏR DƏ JURNALİSTLƏ BAĞLI VİDEODAN DANIŞDI

BAŞQAN JURNALİSTLƏ BAĞLI İYRƏNC KAMPANİYANI PİSLƏDİ

Bu gün ölkənin informasiya məkanında növbəti iyrənc təxribat hadisəsi baş verib. Şantaj olunan araşdırmaçı jurnalist Xədicə İsmayılın şəxsi həyatına aid videogörüntülər yayılıb.

Artıq “Yeni Müsavat” qəzetinin rəhbərliyi bu biabırçı məsələyə etirazını bildirib. Rəhbərlik bəyan edib ki, həmin resursun musavat.com-a heç bir dəxli yoxdur və biz bu insanların şəxsi həyatına aid görüntüləri yaymaqla onların şantaj edilməsini qətiyyətlə pisləyir, qınayırıq.
Məsələyə Müsavat Partiyasının rəhbərliyi də reaksiya verib. Müsavat başqanı İsa Qəmbərin mövqeyi belə olub: “Bu, təkcə Xədicə İsmayılova qarşı şantaj deyil. Artıq Müsavata, Müsavat adına qarşı murdar bir təxribatdır. Biz artıq araşdırmalara başlamışıq, Müsavata və Xədicə İsmayılovaya qarşı təxribatı aparan qüvvələrin, mərkəzlərin, şəxslərin kimliyini müəyyənləşdirib onların qanun qarşısında cavab verməsinə çalışacağıq. Bunun üçün hüquqi müstəvidə nə mümkündürsə, hər şeyi edəcəyik. Hesab edirəm ki, bu cür murdar üsullarla rejim nə Xədicə İsmayılovanı öz araşdırmalarından, cəsarətli jurnalist fəaliyyətindən çəkindirə bilməyəcək, nə də Müsavata belə bir ləkə atmağa, Müsavatın adını belə bir murdar, şantaj oyunlarına qatmağa gücü çatmayacaq”.

Bu iyrənc kampaniyada Müsavat adından istifadə olunmasının səbəbinə gəldikdə, İsa Qəmbər bunları bildirib: “Aydın məsələdir ki, guya mövzunu dolaşdırmaq niyyəti olub. Axı, Xədicə İsmayılova aydın şəkildə bəyanat vermişdi və ictimaiyyət də belə düşünürdü ki, bu şantaj bilavasitə hakimiyyətdən gəlib. Çünki Xədicə İsmayılovanın bütün cəsarətli jurnalist fəaliyyəti ilə yanaşı, hakimiyyəti ən narahat edən hakim ailənin korrupsiya əməlləri barədə araşdırmaları idi. Ona görə də Xədicə İsmayılova belə bir şantajın ünvanı olaraq hakimiyyəti, hakim rejimi görürdü, ictimaiyyət nümayəndələri də hesab edirəm ki, bununla razı idi. Hər halda biz razı idik. İndi isə mövzunu, ünvanı dəyişmək, Müsavata ləkə atmaq kimi bir məqsəd daha çox açıq-aydın görünür”.


Geri qayıt