Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > DAHA BİR NEÇƏ BANK HƏDƏFDƏDİR
DAHA BİR NEÇƏ BANK HƏDƏFDƏDİR14-03-2012, 12:43 |
«BANK OF BAKU»NUN RƏHBƏRLİYİ DƏ «YUXARILAR»LA DANIŞIQLAR APARIR DİA.AZ: - Məlum olduğu kimi «TexnikaBank»ın prezidenti Etibar Əliyev həbs olunub. Təbii ki, həbsin motivi barədə rəsmən açıqlamalar verilməsə də, yalnız məlum olanı odur ki, bankir külli miqdarda pulu mənimsəməkdə ittiham olunur. Bu barədə DİA.AZ-ı bilgiləndirən çox etibarlı mənbə iddia edir ki, banklarla bağlı tədbirlər «TexnikaBank»ın prezidentinin həbsi ilə məhdudlaşmayacaq və anoloji təftiş, eyni zamanda həbslər digər banklara da sirayət edəcək. Bu barədə mənbəmizin söylədikləri: «Məsələn, əsas hədəflərdən biri «Bank of Baku»dur. Bu qurumun adı açıq-aşkar İranın xüsusi xidmət orqanları ilə qoşa çəkilsə də, hələdə heç bir tədbir görülməyib». Mənbəmiz bildirir ki, adı məşhur «ViliLiks» təşkilatının açıqladığı məxfi sənədlərdə fars-molla rejiminin xüsusi xidmət orqanları ilə birgə çəkilən «Bank of Baku»nun arxayınçılığına yaxın günlərdə son qoyulacaq: «Hətta bu barədə bilgilər bank rəhbərliyində də var. Elə buna görə də bir neçə gündür ki, bankın arxasında dayanan «sirli qüvvələr» «yuxarılarla» danışıqlar aparır, gözlənilən aqibətin qarşısını almağa çalışırlar». Hələlik aparılan «danışıqların» nəticə vermədyini bildirən mənbəmiz vurğuladı ki, yaxın günlərdə «Bank of Baku»ya qarşı da Milli Təhlükəsizlik Nazirliyi tərəfindən anoloji əməliyyat keçiriləcək. Mövzu diqqətimizdədir. Bizi izləyin… Geri qayıt |