Əsas Səhifə > Güney Press, Araşdırma > NARDARAN ZÜLMƏT İÇİNDƏDİR

NARDARAN ZÜLMƏT İÇİNDƏDİR


14-03-2012, 12:49
NARDARAN ZÜLMƏT İÇİNDƏDİR

RƏSMİ MÖVQE: “ÜÇ GÜN ƏRZİNDƏ BORCU ÖDƏSİNLƏR”

Bayram günləri ərəfəsində Bakının Sabunçu rayonun Nardaran kəndində yenidən işıqla bağlı problemlər yaranıb. Bu barədə mətbuata Nardaran Kənd Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov məlumat verib.

Modern.az saytı Nardaranda yaranan işıq problemi ilə bağlı “Bakıelektrikşəbəkə” ASC-dən məsələyə münasibət örənib. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, onlar borclu abonentlərə vaxtlı-vaxtında xəbərdarıq edirlər.

”Borcu ödəyən abonentlərə təşəkkür edirik, ödəmiyənlərə, borcu olanlar qanun daxilində vaxt verilir, deyilir üç gün ərzində borcu ödəsinlər. Ödəməyənlərin elektrik təchizatı dayandırılır”.

T.Mustafayev bildirib ki, Sabunçu rayonu Nardaran qəsəbəsində hər şey öz qaydasındadır və enerju təchizatı ilə bağlı normal idarəetmə var.
”Yeganə istəyimiz odur ki, hər kəs istifadə etdiyi elektrik enerjinin haqqını ödəsin. Bütün abonentlərə biz eyni qaydada yanaşırıq, əgər abonent istifadə etdiyi elektrik enerjisinin pulunu ödəmirsə, təbii ki, onun işığı kəsiləcək. Yalnız borcu olan abonentlərin elektrik enerjisi kəsilir”.

Sabunçudan olan deputat Eldar Quliyev də bildirib ki, istənilən halda vətəndaş istehlak etdiyi enerji daşıyıcılarının pulunu ödəməlidi.
”Nardaran kəndində işıq tam kəsilməyib, müəyyən fasilələrlə sakinlərə işıq verilir. Əgər sakinlər istehlak etdikləri elektrik enerjinin pulunu vaxtlı-vaxtında ödəsələr, enerji təchizatında problemlər olmayacaq”.


Geri qayıt