Əsas Səhifə > Güney Press, Araşdırma > ŞEYXƏ MÜRACİƏT OLUNDU

ŞEYXƏ MÜRACİƏT OLUNDU


14-03-2012, 14:15
ŞEYXƏ MÜRACİƏT OLUNDU

SƏBƏSƏ MƏHBUS RUHANİNİN AZADLIĞA ÇIXMASINA YARDIMDIR

“İslamazeri.az” saytı xəbər verir ki, Cəlilabad rayon ağsaqqalları Göytəpə qəsəbəsinin sakini, ruhani Hacı İlqar Əliyevə görə Qafqaz Müsəlmanları İdarəsinə və Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Məlumata görə, hər iki qurumdan İlqar Əliyevin Novruz bayramını evində keçirəcəyi sözü verilib.

İlqar Əliyev fevralın 17-də narkotik maddə ittihamı ilə həbs olunub və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onun Bakı İstintaq Təcridxanasında saxlandığı deyilirdi.

“İslamazeri.az” saytı xəbər verir ki, martın 13-də ruhani Cəlilabad rayonuna aparılıb, bu isə onun tezliklə azad olması ehtimalını gücləndirir.

İlqar Əliyev 25 qram narkotiklə həbs edilib. Ruhanin barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi açılıb. Lakin yaxınları ruhaninin həbsinin səbəbini İlqar Əliyevin Azərbaycanda keçiriləcək "Avroviziya" mahnı müsabiqəsi və geylərin Bakıda parada çıxmaq niyyətini sərt tənqid etməsi ilə əlaqələndirirlər.


Geri qayıt