Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏFVƏ KİMLƏR DÜŞƏ BİLƏR?

ƏFVƏ KİMLƏR DÜŞƏ BİLƏR?


15-03-2012, 11:29
ƏFVƏ KİMLƏR DÜŞƏ BİLƏR?

BİR NEÇƏ QADIN BƏHBUSU AZADLIQDA GÖRƏCƏYİK

Azərbaycanda azadlıqdan məhrum olunmuş qadınların bir neçəsinin əfv olunması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Prezidentə müraciət edib. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə komitə sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, ötən il də belə müraciət edilmişdi.

"Bu il də etmişik. Ümid edirik ki, növbəti əfv sərəncamında bir neçə qadının da adı olacaq", - Hüseynova əlavə edib.

Qeyd edək ki, Novruz bayramı ilə bağlı Azərbaycanda növbəti əfv sərəncamının imzalanması gözlənilir.

Geri qayıt