Əsas Səhifə > Dünya > SARKOZİ ANTİTÜRK XİSLƏTİNİ GİZLƏTMİR
SARKOZİ ANTİTÜRK XİSLƏTİNİ GİZLƏTMİR7-10-2011, 12:15 |
“FRANSA TÜRKİYƏNİN AB ÜZVLÜYÜNƏ QARŞIDIR” Fransa prezidenti Nikola Sarkozi bəyan edib ki, onun ölkəsi Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşıdır. APA-nın məlumatına görə, İrəvanda Ermənistan prezidenti Serj Sərkisyanla birgə mətbuat konfransı keçirən Sarkozu qeyd edib ki, ölkəsinin Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində mövqeyi dəyişməz qalır: “Türkiyə dünyada mühüm rol oynayır, əhəmiyyətli uğurlar əldə ediblər, lakin Fransa Türkiyəni Avropa Birliyində görmür. Mənim bu məsələdə mövqeyim dəyişməyib və dəyişməsi üçün səbəb yoxdur”. Geri qayıt |