Əsas Səhifə > Partiya > HAKİMİYYƏT ÖHDƏLİKLƏRƏ ƏMƏL EDİRMİ?
HAKİMİYYƏT ÖHDƏLİKLƏRƏ ƏMƏL EDİRMİ?15-03-2012, 12:33 |
BUNUN MONİTORİNQİ APARILACAQ Martın 23-26-da Bakıda sərbəst toplaşma azadlığının monitorinqi ilə bağlı təlim keçiriləcək. APA-nın xəbərinə görə, təlim ATƏT-in Bakı ofisi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən vətəndaş cəmiyyətinin təmsilçiləri üçün təşkil olunub. Tədbir çərçivəsində iştirakçılar insan haqları, sərbəst toplaşma azadlığı ilə bağlı ATƏT qarşısında götürülmüş öhdəliklər, ATƏT DTİHB və Venesiya Komissiyasının sərbəst toplaşma azadlığına dair prinsipləri ilə tanış olacaq, bu sahədə milli qanunvericilik və prosedurları öyrənəcək, kütləvi tədbirlərin monitorinqi üzrə bacarıqlara yiyələnəcəklər. Geri qayıt |