Əsas Səhifə > Partiya > ALMAN NAZİRDƏN MÜXALİFƏTƏ DİQQƏT
ALMAN NAZİRDƏN MÜXALİFƏTƏ DİQQƏT15-03-2012, 12:57 |
BU GÖRÜŞ BERLİNİN XÜSUSİ DİQQƏTİDİR Bu gün Ümid Partiyasının sədri İqbal Ağazadə Almaniyanın xarici işlər naziri Giedo Vestervelli ilə görüşüb. Partiyanın mətbuat xidmətindən daxil olan məlumata görə, görüşdə ölkədə insan haqlarının vəziyyəti, sərbəst toplaşmaq, söz və mətbuat azadlığı, İran ətrafında cərəyan edən hadisələr, siyasi partiyalar haqqında qanun layihəsi müzakirə olunub. İ. Ağazadə qonağı maraqlandıran digər məsələlərə də münasibət bildirib. *** Azərbaycanda səfərdə olan Almaniyanın Xarici İşlər Naziri Gido Vestervelle vətəndaş cəmiyyətinin bir qrup təmsilçisi ilə görüşüb. Bir saat ərzində keçirilən görüş Şiroton-aeroport hotelində baş tutub. Görüşdə "İnsan Haqları Uğrunda" İctimai Birliyin sədri Eynulla Fətullayevdən savayı, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, hüquq müdafiəçisi Leyla Yunus, politoloqlar İlqar Məmmədov və Ərəstun Oruclu iştirak ediblər. “Qafqazinfo”ya açıqlama verən E. Fətullayev, Almaniya nazirinin vətəndaş cəmiyyəti institutlarının rəhbərləri ilə görüşünü yüksək qiymətləndirərək, bunu Azərbaycanda siyasi islahatlara və demokratikləşmə prosesinə Almaniya hökumətinin verdiyi önəmin bariz nümunəsi olduğunu bildirib. Görüşdə ölkəmizdə demokratiya və insan haqları ilə bağlı bir sıra problemlər müzakirə olunub. Geri qayıt |