Əsas Səhifə > Güney Press, Araşdırma > AMERİKA NAZİRİMİZİ TƏXRİBATÇI ADLANDIRDI
AMERİKA NAZİRİMİZİ TƏXRİBATÇI ADLANDIRDI15-03-2012, 13:15 |
VAŞİNQTONDAN SƏFƏR ƏBİYEVƏ SƏRT REAKSİYA Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin Tehrana rəsmi səfəri zamanı ölkəsinin işğal edilmiş əraziləri hərbi yolla azad etməyə hazır olduğu barədə verdiyi bəyanat Vaşinqtonda diqqətdən kənarda qalmayıb. “Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur. Biz tərəfləri təxribatçı hərbi ritorikadan imtina etməyə və xalqlarını müharibəyə deyil, sülhə hazırlamağa çağırırıq”, deyə ABŞ Dövlət Departamentinin məlumatında qeyd edilir. Öz növbəsində, qurumun rəsmi nümayəndəsi Viktoriya Nuland Vaşinqtonda ənənəvi brifinqdə bildirib ki, “ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərə uzunmüddətli sülh axtarışında yardımını davam etdirəcək”. Son zamanlar Bakıda İsrail və ABŞ nümayəndələrinə qarşı terror aktları hazırlayan İran casuslarının həbsi ilə bağlı şərh verən Nuland qeyd edib ki, Vaşinqtonun bu barədə məlumatı var, lakin hələlik detallar məlum deyil və ABŞ-ın Bakıdakı səfirliyi olayların təfsilatını araşdırır. Geri qayıt |