Əsas Səhifə > Hadisə > BƏYLƏR ƏYYUBOVUN QOHUMU YENƏ ADAM DÖYDÜ
BƏYLƏR ƏYYUBOVUN QOHUMU YENƏ ADAM DÖYDÜ7-10-2011, 12:26 |
BU DƏFƏ ROBERTİN CƏNGİNƏ NAZİR OĞLU KEÇİB Son zamanlar yüksək çinli məmurların övladları arasında «razborka»lar artmaqdadır. Lüks həyat yaşayan məmur övladları bir-biri ilə yola getmir, bəzən isə dava-dalaşa çıxırlar. Bu «razborka»larda bir çoxlarının ağır xəsarətlər alması faktları da artıq bir neçə dəfə mətbuat səhifələrinə çıxıb. Belə «razborka»lardan biri də bu yaxınlarda Bakının Dəniz Vağzalının yanıda yerləşən məşhur kafelərin birində baş verib. Bu barədə danışan mənbənin sözlərinə kafedə nazirlərin birinin oğlu qalmaqal yaradıb. Belə ki, nazir oğlu kafedə olan qızların birinə qarşı kobudluq edib və qız haqqında nalayiq ifadələr işlədib. Həmin qızın da varlı ailələrin birinin qızı olduğunu vurğulayan mənbə bildirir ki, məsələyə həmin vaxt kafedə olan Robert Əyyubov qarışıb. Bildirək ki, Robert Əyyubov Nəylər Əyyubovun yaxınıdır və onun bir sıra qeyri-adi davranıçları mətbuat səhifələrinə çoxdan yol tapıb. Mənbə bildirir ki, insident zamanı nazir oğlundan qızdan üzr istəməyi tələb edən Robert Əyyubov rədd cavabı aldıqda nazir oğlunu döyməyə başlayıb. Mənbənin sözlərinə Robert Əyyubov sonucda nazir oğlunun qızdan üzr istəməsinə nail olub. Bundan sonra nazir oğlu ətrafındakılarla birlikdə kafeni tərk edib (pia.az). Geri qayıt |