Əsas Səhifə > Güney Press, Araşdırma > AŞQABAD KARTLARI AÇDI
AŞQABAD KARTLARI AÇDI16-03-2012, 12:24 |
TRANSXƏZƏR QAZ KƏMƏRİ ÜZRƏ ÇƏRÇİVƏ SAZİŞİ HAZIRLANIR Türkmənistan Dövlət İnformasiya Agentliyi (TDH) Transxəzər qaz kəmərinin tikintisi üzrə danışıqlara aydınlıq gətirib: hazırda Avropa ölkələrinə enerji tədarükü imkanı kimi türkmən qazının daha bir perspektiv istiqamətinə baxılır. "Bu aspektdə Transxəzər qaz kəməri layihəsi aktiv müzakirə edilir. Ayın əvvəlində Brüssesldə keçirilən üçtərəfli görüşdə Avropa İttifaqı, Türkmənistan və Azərbaycanın işçi qrupu Transxəzər qaz kəməri üzrə çərçivə sazişi layihəsinə baxıb", - deyə TDH bildirir. Həmçinin məlumat verilir ki, bu günlərdə Berlində "Türkmənistan -Avropa: əməkdaşlıq perspektivi" beynəılxalq konfransı keçirilir. Orada Exxonmobil, Eni, CNPS, Petronas, Burried Hill, RWE Dea AG, Wintershall Holding GmbH, İTERA şirkətləri, həmçinin Avropa Komissiyası, Enetgetika Xartiyası, ABŞ Dövlət Departamenti nümayəndələri iştirak edir. Türkmənistanı neft-qaz kompleksi, kimya sənayesi, Neft və Qaz İnstitutu rəhbərləri və mütəxəssisləri təmsil edir. "Konfransın ilk günündə iştirakçılar Türkmənistan YEK-nin artan perspektivi, onun dünya bazarlarına karbohidrogen tədarükünün aktivləşməsi, bu sahədə investisiya imkanları barədə danışılıb. Ölkədə neft-qaz sahəsinin inkişafı üzrə qarşılıqlı faydalı əməkdaşlıq imkanları da öyrənilir", - deyə TDH bildirir. Məlumat verildiyi kimi, ötən həftə Türkmənistan prezidenti yanında Karbohidrogenlərin İdarə Edilməsi və İstifadəsi üzrə Dövlət Agentliyinin direktoru Yaqşıgeldi Kakayev hökumət iclasında deyib ki, Brüsseldə Transxəzər qaz kəməri layihəsi üzrə danışıqlar uğurlu olub və gələn ay növbəti görüş olacaq. Xatırladaq ki, 12 sentyabr 2011-ci ildə Avropa İttifaqı Avropa Komissiyasına Türkmənistan və Azərbaycanla Xəzər qazının Avropaya nəqli üzrə danışıqlar aparmaq mandatı verib. Ötən ilin oktyabr və noyabrında tərəflər 2 raund danışıq aparıblar. Sənaye və energetika naziri Natiq Əliyevin sözlərinə görə, bu il rəsmi Bakı, Aşqabad və Aİ "Cənub qaz dəhlizi"nə dəstək üçün siyasi sənəd və Transxəzər qaz kəməri üzrə hökumətlərarası saziş imzalamalıdır. Layihə Türkmənsitandan Xəzərin dibi ilə Azərbaycana və Türkiyə vasitəsilə Avropaya gücü 20-30 mlrd m3 olan kəmər çəkilməsini nəzərdə tutur. Tehran və Moskva bu layihəyə qarşı çıxır, Xəzərin statusunun həll edilməməsini əsas gətirirlər. Geri qayıt |