Əsas Səhifə > Partiya > MÜSAVATA XANIM BAŞQAN

MÜSAVATA XANIM BAŞQAN


7-10-2011, 12:38
MÜSAVATA XANIM BAŞQAN

“MƏN İNANIRAM Kİ, O GÜN ÇOX DA UZAQDA DEYİL”

Müsavat Partiyasının bu gün keçirilən 100 illik yubileyində partiyanın başqanı İsa Qəmbər çıxış edib.

“Qafqazinfo”nun məlumatına görə, İ. Qəmbər bildirib ki, 100 illik yubileylə bağlı dünyanın bir sıra ölkələrindən onlara təbriklər daxil olub. Partiya başqanı Müsavatın tarixindən danışıb. O deyib ki, hər zaman ölkə ziyalıları Müsavat Partiyasına dəstək olublar: “Əsrin əvvəllərində də belə olub, indi də belədir. Müsavat Partiyası hər zaman aktiv siyasi təşkilat olub. Xüsusilə partiyanın fəaliyyətində qadınların aktivliyini qeyd etmək istəyirəm. Mən inanıram ki, o gün çox da uzaqda deyil ki, partiyaya xanım başqan olsun”.

İ. Qəmbər partiyanın hazırkı vəziyyətindən, qarşılaşdığı çətinliklərdən danışıb və Azərbaycanın bu günkü durumuna da fikir bildirib: “Azərbaycan paradoksal ölkədir. Müstəqil dövlətdir, amma hələ də dünyada özünə yer müəyyənləşdirə bilməyib. Azərbaycana milyardlarla neft pulları daxil olur, amma bu ölkənin vətəndaşları gedib başqa ölkələrdə iş axtarırlar”.

Tədbirdə həmçinin xarici ölkələrdən gəlmiş qonaqlar da çıxış edib, Müsavat Partiyası haqda öz fikirlərini bildiriblər.


Geri qayıt