Əsas Səhifə > Partiya > “MEHDİ MƏMMƏDOVU DÖYÜBLƏR”
“MEHDİ MƏMMƏDOVU DÖYÜBLƏR”16-03-2012, 13:41 |
“48 SAAT ƏRZİNDƏ YEMƏK, SU VERMƏYİBLƏR” Vəkili Zaman Səmədov “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədovun mənəvi və fiziki işgəncəyə məruz qaldığını bəyan edib. “İslamazeri.az” saytına açıqlama verən vəkilin sözlərinə görə, Mehdi Məmmədova işgəncəyə saxlanıldığı ilk 48 saat ərzində məruz qalıb: “Onun yerinin bilinməməsi və mənimlə görüşdürülməməsinin səbəbi də bu olub. Həbs olunandan sonra 48 saat təşkilat sədri haqqında heç bir məlumat əldə edə bilməmişdik. Mehdi Məmmədova əvvəlcə narkotik ittihamını qəbul etmək təklif olunub. O, törətmədiyi cinayəti üzərinə götürməkdən imtina edib. Bundan sonra isə Hacı Mehdiyə qarşı təzyiqlər başlayıb. Mehdi Məmmədov deyir ki, onun əllərini bağlayıb bədəninin müxtəlif nahiyələrindən zərbələr endiriblər. İttihamı boynuna götürməsi üçün 48 saat ərzində ona yemək və su verilməyib. İşğəncə faktı ilə bağlı səlahiyyətli qurumlara, o cümlədən ekspertiza instansiyasına müraciət edəcəyik”. Mehdi Məmmədov fevralın 18-də polis bölməsinə çağırılıb. Bölmədən çıxarkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları onu tutub. Binəqədi Rayon Məhkəməsi Mehdi Məmmədov haqqında 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunur. Geri qayıt |