Əsas Səhifə > Sosial, Manşet > NOVRUZ GƏZİNTİSİ NİYƏ TƏXİRƏ SALINIR?

NOVRUZ GƏZİNTİSİ NİYƏ TƏXİRƏ SALINIR?


16-03-2012, 13:56
NOVRUZ GƏZİNTİSİ NİYƏ TƏXİRƏ SALINIR?

İRANIN BAKIDAKI DAYAQLARI BAYRAM ƏRƏFƏSİ AKTİVLƏŞƏ BİLƏR

DİA.AZ: - «Bu il də prezidentin Novruz Bayramı ilə əlaqədar gəzintiyə çıxması planlaşdırılmır». Bu xəbəri redaksiyamıza hökumət içindəki məlumatlı mənbələr ötürüblər. Əldə olunan xəbərdə bildirilir ki, artıq iki ildir bayram gəzintisinin təxirə salınması sırf olaraq təhlükəsizlik məsələləri ilə əlaqədardır.

Xatırladaq ki, keçən ildən etibarən prezident İlham Əliyev mərhum prezient Heydər Əliyevdən qalma bir ənənəni pozaraq Novruz bayramı ilə əlaqədar gəzintiyə çıxmaqdan imtina edib. Həmin ərəfədə dövrü mətbuatda yayılan xəbərlərdə bildirilirdi ki, əslində burada təhlükəsizliyin təminatı xüsusi olaraq nəzərə alınıb.

Bu barədə məlumatı yayan Rusiyanın «Reqnum» agentliyinin xəbərində də qeyd olunurdu ki, Novruz bayramı ilə əlaqədar Azərbaycan paytaxtına 30 mindən artıq İran vətəndaşı gəlib və rəsmi Bakı həmin vətəndaşların arasında Tehranın üsusi xidmət orqanlarının əməkdaşlarının olduğunu təsbit edib və onlar Bakıda terror aktı planlaşdırırmışlar.

DİA.AZ-a bunları xatırladan mənbəmiz isə bildirdi ki, anoloji təhlükə hələ də qüvvəsindədir: «İranla münasibətlərimiz bu bir il ərzində daha da gərginləşib. Doğrudur, müdafiə naziri Səfər Əbiyev İranda olarkən qarşılıqlı isti mesajlar səsləndi. Amma bunun ardından Aərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin SEPAH tərəfindən «verebovat» olunmuş bir qrup vətəndaşımızın Bakıda terror aktına hazırlaşmaları barədə olan açıqlamaları yenə də vəziyyətin gərgin nöqtədə olmasından xəbər verməkdədir».

Mənbəmiz bildirir ki, bu Novruzda da İrandan Azərbaycana minlərlə insanın Bakıya gələcəyi gözlənilir: «Artıq onların ilk karvanları Bakıdadır və paytaxtdakı otellərə edilən sifarişlərdən də açıq-aydın görünür ki, bu dəfə hətta gələn iranlı turistlərin sayı 30 mini də aşa bilər».

Məlumatlı qaynaq idda edir ki, onların böyük əksəriyyətinin may ayına qədər Bakıda qalması da əldə edilən məlumatlar içindədir: «Belə bir məqamda İranın Bakıda hər cür terrora əl atma ehtimalları artır. Bundan əlavə, İran tərəfi onun qulağının dibində «Avroviziya» yarışmasının keçirilməsini də həzm edə bilmədiyini dəfələrlə ortaya qoyub. Bütün bunlar isə mühüm faktorlardır».

Məhz bu kimi səbəblərin nəzərə alınaraq bu il də prezidentin bayram gəzintisi planının olmadığını bildirən mənbəmiz növbəti illərdə ənənənin bərpa olunma ehtimalının qaldığını da bildirdi.


Geri qayıt