Əsas Səhifə > Partiya > ÜMİD-ÇİLƏR SABAH MİTİNQƏ ÇIXACAQ

ÜMİD-ÇİLƏR SABAH MİTİNQƏ ÇIXACAQ


16-03-2012, 14:12
ÜMİD-ÇİLƏR SABAH MİTİNQƏ ÇIXACAQ

PARTİYA GƏNCLƏRİN AKSİYASINA DƏSTƏK VERDİ

Ümid Partiyası sabah “Qarabağ!”, “Rüşvətə yox!” və “Siyasi məhbuslara azadlıq!” şüarları ilə gənclərin keçirəcəyi mitinqi dəstəklədiyini bəyan edib.

Gənclərin fəal mövqeyinin ölkədə insan haqlarının qorunmasına demokratiyanın bərqərar olmasına, düzgün idarəçilik sisteminin qurulmasına əvəzsiz xidmət olacağını bildirən partiya, martın 17-də gənclərin konstitusion hüquqlarından istifadə edərək dinc aksiya keçirməsini çox yüksək qiymətləndirib.

Ümid Partiyası partiyanın gənç üzvlərini və ölkəmizdə hüquqi, demokratik dövlətin, azad və ədalətli cəmiyyətin qurulmasını arzu edən bütün gəncləri 17 mart mitinqinə biganə qalmamağa, Qarabağ!”, “Rüşvətə yox!” və “Siyasi məhbuslara azadlıq!” şüarları ilə keçirilən dinc mitinqə qatılmağa çağırıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin (GHMK) martın 17-də mitinq keçirmək istəyi ilə bağlı müraciətinə müsbət cavab verib. BŞİH mitinq üçün Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançanı məqbul hesab edib.


Geri qayıt