Əsas Səhifə > Hadisə > TƏHSİL SİSTEMİNDƏ DAHA BİR KORRUPSİYA HƏBSİ
TƏHSİL SİSTEMİNDƏ DAHA BİR KORRUPSİYA HƏBSİ7-10-2011, 12:56 |
ADİL CABBAROVU DA KMİ HƏBS EDİB Azərbaycanda təhsil işçisi korrupsiya faktı ilə əlaqədar tutulub. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Laçın Rayon Təhsil Şöbəsinin kadrlar şöbəsinin müdiri Adil Cabbarov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Geri qayıt |