Əsas Səhifə > Sosial, Manşet > HACIBALA ABUTALIBOVA BAZAR SÜRPRİZİ
HACIBALA ABUTALIBOVA BAZAR SÜRPRİZİ18-03-2012, 11:10 |
«BAKI MERİ QANIQARA HALDA BİNAYA DAXİL OLDU, ÇOX ƏSƏBİ İDİ» DİA.AZ: - «Bu cün səhər saat 10 radələrində Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov iş yerinə çox qanıqara halda daxil olub. Əsəbi olduğu hövlank davranışlarından da bəlli idi». Bu məlumatı redaksiyamıza hadisə şahidləri söyləyirlər və DİA.AZ-a ötürülən xəbərdə bildirilir ki, hətta Hacıbala Abutalıbov o qədər pəjmürdə imiş ki, adətinə xilaf çıxaraq qapıda onu qarşılayan mühafizə polisinin əməkdaşlarına da salam verməyi unudub. Nələrin baş verdiyini aydınlaşdırmaq üçün redaksiyamız BŞİH-ə müraciət etsə də, doğru-dürüst cavab ala bilmədik. İcra hakimiyyətinin işçilərindən biri qeyri-rəsmi olaraq bildirdi ki, Hacıbala Abutalıbov heç də əsəbi deyl, sadəcə olaraq köməkçisinə kimisə qəbul etmək istəmədiyini bildirib, bu qədər. Lakin BŞİH-dəki mötəbər qaynaqlar redaksiyamıza maraqlı bir faktı çatdırıblar. Mənbənin söylədikləri: «Hacıbala Abutalıbovun bazar günü qanını qaraldan onun az əvvəl prezident administrasiyasında danlanması olub. Hansısa səbəbdən Bakı meri sərt formada tənqid edilib. Ola bilsin ki, «Avroviziya» yarışması ilə əlaqədar tədarük buna səbəb olub». Onu da bildirək ki, Hacıbala Abutalıbov səhər saatlarında «Avroviziya» yarışmasının keçiriləcəyi «Büllur Saray»ın yaxınlığındakı yolların çəkilişinə nəzarət üçün ərazidə olub və ondan sonra Prezident Administrasiyasına gedib. Xatırladaq ki, artıq 6 aya yaxındır paytaxtın yollarının asfaltlanması işi nəqliyyat nazirliyindən alınaraq Bakı şəhər icra hakimiyyətinə həvalə edilib və bu səbəbdən Bakı merinin PA-da sorğu-sual edilməsi ehtimalı var. Çünki ərazidə işlər çox ləng gedir. Lakin burada Bakı merini qınamaq heç də doğru deyil. Alternativ yolun olmaması səbəbindən meriya həmin ərazidə sürətli iş apara bilməsi üçün yoldakı hərəkəti dayandıra bilmir. Bu da işin həm keyfiyyətinə və həm də sürətinə mənfi təsir göstərir. Geri qayıt |