Əsas Səhifə > Gündəm, Manşet > ETİBAR BABAYEV YENİDƏN GÖRƏV BAŞINA
ETİBAR BABAYEV YENİDƏN GÖRƏV BAŞINA7-10-2011, 13:12 |
BU DƏFƏ AZƏRBAYCANDA «AVRONYUS»UN ANOLOQU YARADILIR DİA.AZ: - Dövlət televiziyasının bazasında ayrıca olaraq «Mədəniyyət» və «İdman» kanallarını yaradan hakimiyyət indi də sırf olaraq xəbər işi ilə məşğul olacaq yeni telekanalın yaradılması barədə qərar verib. Bu barədə «Dünya» İnformsiya Agentliyi redaksiyasını (dia-az.life) məlumatlandıran Milli Teleradio Şurasındakı məlumatlı şəxsin sözlərinə görə, yeni telekanalın yaradılması ilə bağlı sifariş Prezident Administrasiyasından gəlib və artıq bu proseslə bağlı konkret şəxslər təhkim olunub. Mənbə bildirir ki, yeni telekanal sırf olaraq xəbər işi ilə məşğul olacaq və bir növ məşhur «Avronyus» telekanalının Azərbaycan versiyası kimi fəaliyyət göstərəcək. Mənbə bu zaman maraqlı bir məqamı da açıqladı ki, yeni xəbər kanalına hətta müxalifət mətbuatından da işləməyə şəxslər çağrıla bilər: «Burada ayrıseçkiliyə yol verilməməsi qərara alınıb və hətta kanalın rəhbərliyi də neytral bir şəxsə həvalə oluna bilər». «AZXƏBƏR-TV» adlanacaq yeni kanala kimin rəhbər təyin olunacağını qaynağımız bilməsə də, amma konkret ad çəkməkdən də çəkinmədi: «Ola bilsin ki, bu posta da neytral bir şəxs təyin olunsun. Hətta bir zamanlar «Space» kanalına rəhbərlik etmiş Etibar Babayevin də namizədliyi müzakirə olunur». Geri qayıt |