Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “BİZ HƏRBÇİYİK VƏ HƏRBİ TAPŞIRIQLA GƏLMİŞİK”

“BİZ HƏRBÇİYİK VƏ HƏRBİ TAPŞIRIQLA GƏLMİŞİK”


18-03-2012, 12:13
“BİZ HƏRBÇİYİK VƏ HƏRBİ TAPŞIRIQLA GƏLMİŞİK”

RAYONDA FHN İLƏ PROBLEM YARANDI

Salyan rayonunda fəaliyyət göstərən “Demokratiyaya Yardım” İctimai Birliyi ilə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri arasında qarşıdurma yaranıb.

Bu barədə “Qafqazinfo”ya göndərdiyi açıqlamada brliyin sədri Emil Məmməldov məlumat verb. O, qarşıdurmya səbəbkar olanın FHN nümayəndələri olduğunu vurğulayıb. E. Məmmədovun açıqlamasını təqdim edirik: “Bir müddət əvvəl Salyan RİH-lə Demokratiyaya Yardım İctimai Birliyi arasında baş vermiş dialoq nəticəsində yaranmış razılığıa əsəsan təşkilat sədri Emil Məmmədov da Kür daşqınının nəticələrinin aradan qaldırılması üçün rayonda yaradılmış komissiya da RİH-i təmsil etməli idi. Ötən müddət ərzində problemlə bağlı xeyli birgə işlər görülmüş, daşqının təsirinə ən çox məruz qalsa da dövlət yardımı almamış evlərin siyahısı tutuldu. Bu məqsədlə dəfələrlə FHN-ya müraciət olunsa da yalnız 10 ay sonra, bu gün FHN-nın nümayəndələri daşqının təsirinə məruz qalanların vəziyyətini öyrənmək üçün Salyana gəliblər.

Salyan RİH-in Mülki Müdafiə Qərargahının rəisi Ş.Əbilovun dəvəti ilə keçiriləcək baxışda iştiraka mən də dəvət olunmuşdum. Lakin Bakıdan gələn FHN nümayəndələri təkidlə mənim vətəndaş cəmiyyəti olaraq tədbirdə iştirakıma imkan vermədilər. Özünü təqdim etməyən FHN zabiti bildirdi ki onlar hərbiçidirlər və rayona hərbi tapşırıq yerinə yetirmək məqsədi ilə gəliblər.

Mən isə bildirdim ki məhz FHN-nın daşqından ziyan çəkənlərə qarşı apardığı “hərbi tapşırıqlar” nəticəsində daşqından daha çox ziyan çəkənlər dövlət yardımından kənarda qalıblar və onlar 1 ilə yaxındır ki bu komissiyanın yolunu gözləyirdilər. Ölkə Prezidentinin özünün də göstərişi var ki bu mənşəli işlər ictimai nəzarət altında aparılmalıdır ki şəffaflıq olsun. Mənim adı çəkilən baxışa cəlb olunmamağım zərərçəkənlər tərəfindən bir mənalı olaraq narazılıqla qarşılandı. Beləliklə FHN-nın növbəti bir komisiyasıda işə başlamamış etimadını itirdi”.


Geri qayıt