Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SABAH “AVROVİZİYA” İCLASI OLACAQ

SABAH “AVROVİZİYA” İCLASI OLACAQ


18-03-2012, 13:03
SABAH “AVROVİZİYA” İCLASI OLACAQ

ARTIQ YARIŞMADAKI SIRALAMA MÜƏYYƏN OLUNUB

Martın 19-20-də Bakıda Eurovision Mahnı Müsabiqəsi 2012-də iştirak edən ölkələrin nümayəndə heyətləri rəhbərlərinin iclası olacaq.

"Eurovision 2012" mahnı müsabiqəsinin işçi qrupundan bazar günü Trend-ə verilən məlumata görə, İclasda Eurovision 2012 şousu ilə bağlı aparılan hazırlıq işləri müzakirə olunacaq.

42 ölkədən olan nümayəndə heyətlərinə Eurovision Mahnı Müsabiqəsinə aid olan məkanlar, otellər, "Bakı Kristal Zalı" və burada təqdim olunacaq şou və hazırlıq prosesini əhatə edən digər məsələlər barədə ətraflı məlumat veriləcək.

Həmçinin iki günlük toplantı çərçivəsində 42 ölkə arasında püşkatma mərasimi olacaq. Bu püşkatma nəticəsində mayın 22 və 24-dəki yarımfinallardakı ölkələrin, o cümlədən mayın 26-da birbaşa final mərhələsində təmsil olunan 6 ölkənin çıxış ardıcıllığı müəyyən olunacaq.


Geri qayıt