Əsas Səhifə > Partiya > "HAKİMİYYƏTİN DEDİKLƏRİ YALAN YOX, "GOP" OLACAQ"

"HAKİMİYYƏTİN DEDİKLƏRİ YALAN YOX, "GOP" OLACAQ"


19-03-2012, 12:56
"HAKİMİYYƏTİN DEDİKLƏRİ YALAN YOX, "GOP" OLACAQ"

“QUBA HADİSƏLƏRİ YALAN LİMİTİNİ BİTİRİB"

Müxalifətyönlü gənclər təşkilatların keçirdiyi aksiyadan sonra hakimiyyətin ciddi şəkildə narahat olduğu bildirilir. Artıq bununla bağlı hakimiyyətin cavab mitinqinə hazırlaşdığı barədə xəbərlər yayılıb. Nəzərə alsaq ki, iqtidarın gənclərdən hazırladığı mitinqdə gənclərin iştirakı icbari olacaq, belə olan halda kütləvilik baxımından müxalifətçi gənclərin keçirdiyi mitinqlərin kölgə altında qalması mümkündürmü?

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı mövzu ilə bağlı açıqlama verərkən bildirdi ki, belə bir hal qətiyyən mümkün deyil: “İqtidar istənilən formada ali təhsil orqanlardan gəncləri məcburi şəkildə cəlb etsələr belə, həmin gənclərin nə istədikləri məlum olmadığına görə, həmin mitinqin geniş təsir mexanizimi olmayacaq. Çünki həmin gənclər yalan danışmağa məcbur olacaqlar. Özlərinin rəhbəri olan Əli Həsənov kimi yalan danışacaqlar.”

Əli Həsənovun gənclərin mitinqdə repçinin çıxışını müxalifət liderlərinə məxsus şəkildə olmasına dair səsləndirdiyi fikirlərə də münasibət bildirən Gülağa bəy, “həmin mitinqi təşkil edən şəxslər də öz rəhbərləri kimi çıxış edəcəklər. Onlar da xalqa yalan deməyə çalışacaqlar”, -deyə bildirdi: “Bundan sonra artıq hakimiyyətin heç bir planı işləməyəcək. Quba hadisələri bunların yalanlarını limitini bitirib. Artıq indən sonra nə deyəcəklərsə, xalq arasında deyilən “gop” anlayışına oxşayacaq.”


Geri qayıt