Əsas Səhifə > Sosial, Manşet > MİSİR MƏRDANOVA «NOVRUZ SOVQATI»

MİSİR MƏRDANOVA «NOVRUZ SOVQATI»


19-03-2012, 13:10
MİSİR MƏRDANOVA «NOVRUZ SOVQATI»

ORTA MƏKTƏBLƏR BU BAYRAMDA DA VALİDEYNLƏRƏ DİVAN TUTDULAR

DİA.AZ: - Misir Mərdanovun rəhbərlik etdiyi təhsil sisteminin antikorrupsiya tədbirlərindən kənarda qalması öz fəsadlarını hər addımda nəzərə çarpdırmaqdadır. Bunun nəticəsidir ki, hətta özünü arın-arxayın hiss edən təhsil naziri «mən şagirdlərin müəllimlərə hədiyyə verməsini qadağan edə bilmərəm» şəklində rüşvəti stimullaşdıran açıqlamaları ilə də diqqətə gəlir.

DİA.AZ-a şikayət məktubu ilə müraciət edən bir qrup valideyn isə bildirir ki, indi də Novruz bayramının təşkili ilə əlaqədar orta məktəblərdə pullar yığılır: «Bizim imkanımız yoxdur. Amma uşağımızı digərlərinin yanında ruhdan salmamaq üçün müəllimlərin tələb etdikləri pulu veririk. Bu bayram isə lap ağ etdilər. Hər şagirddən 100 manatdan pul yığılır. Mənim 3 uşağım oxuyur, bu qədər pulu hardan alım? Bəs evimdə bayramı necə keçirim?»

Bakının Səbayel rayonunda rüşvət toplamanın geniş vüsət aldığını bildirən bir valideyn isə bildirdi ki, 91 saylı məktəbdə həm müəllimlərdən və həm də şairdlərdən 50-100 manatdan pul yığılır: «Səbəbini soruşduqda bildirirlər ki, bəs bu pulla Misir Mərdanova Novruz Bayramı münasibətilə hədiyyə alınacaq».

Digər məktəblərdən də redaksiyamıza anoloji siqnallar daxil olmaqdadır. Məlumatlara görə, bayramın təşkili üçün hər bir şagirddən ən azından 20 manatdan pul yığılır. Bəzi məktəblərdə isə bu məbləğ hətta 200 manata qədər qalxır…

Geri qayıt