Əsas Səhifə > Şou-biznes > "DEYİRDİM Kİ, ƏRƏ GETMƏYƏCƏYƏM..."
"DEYİRDİM Kİ, ƏRƏ GETMƏYƏCƏYƏM..."19-03-2012, 13:28 |
ROYA NOVRUZU NECƏ QARŞILAYACAQ? Populyar müğənni Röya heç zaman Novruz xonçası bəzəməyib. Məlumata görə, ifaçı bunu Lider TV-nin "Qızıl pillə" verilişinə açıqlamasında etiraf edib. "Bu işlərlə anam məşğul olub. Ona görə də mən bu işlərdən uzaq olmuşam, - deyə müğənni qeyd edib. - Bir dəfə qonşuya qulaq falına çıxmışdım. Onda da qonşu qapını açdı və mən yıxıldım. Ondan sonra qulaq falına getmədim". Röya bayram fallarına inanmadığını da bildirib: "Həmişə deyirdim ki, ərə getməyəcəym. Sonradan qəflətən fikrimi dəyişdim. Qızlara məsləhətim var: yaş ötməmiş ərə getməyin vacib olduğuna dair fikrə çox önəm verməyin. Bu haqda nə qədər az düşünsəniz, tale üzünüzə o qədər çox güləcək". Geri qayıt |