Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "XRUŞOVKA"LARIN SÖKÜLMƏSİ PLANLAŞDIRILMIR

"XRUŞOVKA"LARIN SÖKÜLMƏSİ PLANLAŞDIRILMIR


19-03-2012, 13:30
"XRUŞOVKA"LARIN SÖKÜLMƏSİ PLANLAŞDIRILMIR

BAŞ NAZİRİN MÜAVİNİNDƏN AÇIQLAMA GƏLDİ

Azərbaycan hökumətinin hələlik "Xruşovka"ların sökülməsi ilə bağlı planı yoxdur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Baş nazirin müavinin Abid Şərifov bildirib.

"Xruşovka"ların sökülməsi ilə bağlı plan yoxdur. Ölkə hökuməti bu məsələ, eləcə də sürüşmələrlə bağlı müvafiq proqram hazırlayır", - Şərifov deyib.

Bakıda "Xruşovka"ların sökülməsinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də ehtiyac görmür.

Bir az əvvəl Komitə sədrinin müavinin Dövlətxan Dövlətxanovun Trend-ə dediyi kimi, bu binalar 50 il istismar olunmaq üçün nəzərdə tutulub və böyük davamlılığa malikdirlər.


Geri qayıt