Əsas Səhifə > Partiya > ADP-DƏN ƏMANƏT MƏSƏLƏSİNƏ REAKSİYA

ADP-DƏN ƏMANƏT MƏSƏLƏSİNƏ REAKSİYA


19-03-2012, 16:03
ADP-DƏN ƏMANƏT MƏSƏLƏSİNƏ REAKSİYA

PARTİYA 17 MART MİTİNQİNDƏN DƏ RAZI QALIB

Toplantıda ölkəmizdə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri ilk növbədə Türkiyə, İran və Azərbaycan Xarici İşlər Nazirlərinin Naxçıvanda hər üç ölkənin ictimai siyasi mənafeyinə xidmət edən Naxçıvan görüşünü təqdir edib və bu cür görüşlərin regionda qarşılıqlı əmakdaşlığın əldə edilməsi və təhlükəsizliyin təmin edilməsi baxımından davam etdirilməsini və daha yüksək səviyyədə qurulmasının vacibliyini diqqətə çatdırıb.

İdarə Heyəti üzvləri Nabukko qaz kəməri ətrafında yaranan yeni yanaşmalara münasibət bildirib və bu cür transmilli layihələrin siyasiləşməsinin əleyihinə olmaqla yalnız iqtisadi səmərəliliyin diqqətdə saxlanılmasına önəm verilməsinin tərəfdarı olduğunu qeyd edib.

Dövlət başçısı İ.Əliyevin Novruz bayramı ilə əlaqədar imzaladığı əfv fərmanına münasibət bildirən partiya yetkililəri bu fərmanı özlüyündə humanist bir addım hesab etsə də, onun bütövlükdə siyasi məhbuslara şamil edilməməsinin tamamilə səhv olduğunu qeyd edib və bu fərmanın siyasi həmrəylik ifadə etmədiyini diqqətə çatdırıb.

İdarə Heyəti ölkə vətəndaşlarının əmanətlərinin qaytarılması ilə bağlı hakimiyyətin son addımına münasibət bildirib və əmanətlərin qaytarılması məsələsində ciddi ədalətsizliyə yol verilidiyini, əmanətləri qaytaran digər keçmiş sovet ölkələrindən fərqli olaraq Azərbaycan vətəndaşlarına ən az kompensasiya ödənməsini yolverilməz olduğunu diqqətə çatdırıb və hakimiyyəti əmanətlərin qaytarılması məsələsində daha ədalətli mövqe tutmağa çağırıb.
İdarə Heyəti üzvləri gənclərin 17 mart mitinqini yüksək qiymətləndirib və partiyanın gənclər təşkilatını digər gənclərlə birlikdə vətəndaşların siyasi fəallığını artıracaq bu kimi tədbirlərin keçirilməsində bundan sonra da aktiv olmağı tövsiyyə edib.

Müxalifət liderlərinin son qapalı görüşünə münasibət bildirən toplantı iştirakçıları müxalifətin ümumi birliyinin əldə edilməsi baxımından sağlam təmələ əsaslanan görüşlərin vacibliyini bir daha diqqətə çatdırıb və bəzi mətbuat səhifələrindəki yanlış təqdimatın əksinə olaraq tərəflər arasındakı razılaşmalar əsasında bu cür görüşlərin gələcəkdə də davam etdirilməsinin məqsədəuyğun hesab edilməsi təqdir olunub.


Geri qayıt