Əsas Səhifə > Sosial, Manşet > HƏRBÇİLƏR BAYRAM GÜNÜ ÖLÜMDƏN DÖNDÜLƏR

HƏRBÇİLƏR BAYRAM GÜNÜ ÖLÜMDƏN DÖNDÜLƏR


22-03-2012, 11:05
HƏRBÇİLƏR BAYRAM GÜNÜ ÖLÜMDƏN DÖNDÜLƏR

«BİNƏ» TİCARƏT MƏRKƏZİ YOLUNDA KİMLƏR ÖLÜMÜNƏ RİSQ EDİR?

DİA.AZ: - Avtobus sürücülərinin məsuliyyətini daşıdıqları sərnişinlərin həyatlarını risqə ataraq, sürdükləri maşınlarla az qala VAZ-2107 kimi davranmaları bir adət halını alıb. Hətta onlara «gözün üstə qaşın var» deiylməməsi və yaxud da dyeilə bilməməsi səbəbindən yollardakı DYP əməkdaşları də bir-biriləri ilə yarışan içi sərnişin dolu avtobusları ikitəkərə qalxmış görəndə tellərini belə qımıldatmırlar.

Bu dəfə isə həyatı risqə atılanların hərbçilərimzin olduğu məlum olub. DİA.AZ redaksiyasına məlumat verən hadisə şahidləri bildirir ki, bayram günü «Binə» Ticarət Mərkəzinin yaxınlığındakı yolda kəskin şəkildə dönüş edən içi hərbçi ilə dolu «10 PM 367» dövlət nömrə nişanlı avtobusu Allah saxlayıb, desək, yanılmarıq: «Avtobusun sürücüsü böyük sürətlə hərəkət edən maşınını kəskin döngədən elə sərtliklə dörndərdi ki, avtobus sözün əsl mənasında iki təkəri üzərinə qalxdı».

Hər halda, bu avtobusun hansı dövlət qurumuna məxsus olduğunu müəyyən etmək asandır. Şahidlər bildirir ki, əgər rəhbərliyi bu sürücü barəsində ölçü götürməzsə, növbəti dəfə Allah da onu qurtarmaya bilər…


Geri qayıt