Əsas Səhifə > Partiya > REPER CAMAL ƏLİNİ MÖHKƏM DÖYÜBLƏR

REPER CAMAL ƏLİNİ MÖHKƏM DÖYÜBLƏR


22-03-2012, 11:23
REPER CAMAL ƏLİNİ MÖHKƏM DÖYÜBLƏR

O, 17 MART MİTİNQİNDƏ İŞLƏTDİYİ SÖYÜŞ ÜÇÜN ÜZR İSTƏYİB

Apellyasiya Məhkəməsi Səbail rayon Məhkəməsinin reper Camal Əlinin 10 sutka, gitaraçı Natiq Kamilovun 7 sutka və “Nida” gənclər hərəkatının fəalı, blogger Etibar Salmanovun 5 sutka həbsə məhkum edilməsi barədə qərarını qüvvədə saxlayıb.

Onların hər biri üçün apellyasiya məhkəmə iclası ayrıca keçirilib. Reper Camal Əli 17 mart mitinqində işlətdiyi söyüş üçün üzr istəyib, eyni zamanda məhkəməyə bildirib ki, saxlandığı zaman hüquq mühafizə orqanlarının əməkdaşları onu döyüb.

Kamilov və Salmanov saxlanandan sonra döyülmələri barədə əvvəl dediklərini təkzib ediblər.

Onların hər üçü 17 martda gənclərin mitinqi zamanı ədəbsiz söyüş işlətdiklərinə görə tutulublar və məhkəmə onları İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə (kiçik xuliqanlıq) ittiham edib.

Tədbirin təşkilatçısı Gənclərin Hüquqlarının Müdafiəsi Komitəsi idi. Oraya 5 gənclər təşkilatı daxildir - "Azad gənclər", "Müsbət dəyişikliklər", "Dalğa", "Nida", "İnsan haqları klubu" və 4 partiyanın - "Vətəndaş həmrəyliyi", "Müsavat", AXCP və Demokrtaik Partiyanın gənclər təşkilatları daxildir.

Aksiya siyasi məhbusların azad edilməsi, korrupsiyanın aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün bərpası tələbləri ilə keçirilirdi.

Amma reper Camal Əli ədəbsiz söyüş işlətdiyi üçün (o cümlədən hakimiyyətin ünvanına) tədbir vaxtından əvvəl başa çatıb.


Geri qayıt