Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RUSİYA AZƏRBAYCANI HƏDƏLƏYİR
RUSİYA AZƏRBAYCANI HƏDƏLƏYİR22-03-2012, 11:28 |
MOSKVA QURU MEYVƏYƏ EMBARQO TƏTBİQ EDƏ BİLƏR Rusiyanın Kənd Təsərrüfatına Nəzarət Federal Xidməti Azərbaycan, Tacikistan və Özbəkistandan quru meyvə gətirilməsinə embarqo qoyacağı ilə hədələyir, deyə Rusiya KİV-i məlumat verir. Bu qurumun mütəxəssisləri müəyyən edib ki, bir sıra quru meyvə partiyasında zərərli orqanizmlər müəyyən edilib. 2011-ci ildən indiyə kimi Azərbaycandan belə malların gətirilməsi üzrə 9, Özbəkistandan 130, Tacikistandan 228 hal aşkarlanıb. Federal Xidmət qeyd edir ki qadağan olunan quru meyvələr mal partiyası və sərnişinlərin əl yüklərində aşkarlanıb. Xidmət bu ölkələrdən olan həmkarlarını pozuntuları aradan qaldırmağa çağırıb. Əks təqdirdə Rusiya tərəfi əlavə müdafiə tədbirləri görəcək və satınalmadan imtina edəcək. Geri qayıt |