Əsas Səhifə > Şou-biznes > TELEAPARICIMIZ XARİCƏ GEDİR

TELEAPARICIMIZ XARİCƏ GEDİR


22-03-2012, 11:53
TELEAPARICIMIZ XARİCƏ GEDİR

GÜLNARƏ MƏMMƏDOVANIN SƏHHƏTİNDƏ PROBLEMLƏR VAR

Müəyyən fasilədən sonra televiziya işinə qayıdan teleaparıcı Gülnarə Məmmədova şəxsi həyatında olan uğursuzluğun dəftərini bağlayıb.

İş həyatı özünü toparlaması üçün bir vasitə oldu. Əhval-ruhiyyəsi yaxşı olan Gülnarə xanım bunu hələ ki, şəxsi həyatına aid etmir. Milli.Az-a açıqlama verən Gülnarə Məmmədovanın sıxıntısı bir az da səhhəti ilə bağlıdır. Bu məqsədlə o, bayram günlərində yaranan fürsəti həm ziyarət, həm ticarət məqsədi ilə dəyərləndirəcək:

"Yəni bir az müayinə və müalicəyə ehtiyac var. Amma səfər sırf tibbi ehtiyac üzündən yaranmayıb. Səhhətimdə ciddi olmayan bir problem üçün gedirəm. Bir də uzaq səfərə ehtiyacım var. Yaxşı-yaxşı istirahət edəcəm. Bu, əhval-ruhiyyəmə də xoş gələcək".

Ailə qurub, uğursuz münasibət səbəbindən boşanan Gülnarə Məmmədovanın şəxsi həyatında yeni səhifə açılmayıb.

"Bu haqda heç düşünmürəm də. Əsas odur ki, iş həyatı məni bir qədər özümə qaytara bildi. Allah bilən məsləhətdir, bəlkə həyatımın sonuna qədər tək qalacam, bəlkə də gözlənilməz bir qismətim çıxacaq", - deyən teleaparıcının növbəti açıqlaması da onun iş həyatındakı uğurun davamından bəhs edir. Son vaxtlar aktrisa kimi sınaqdan keçən Gülnarə xanım yeni seriala dəvət alıb.

"Seriala çəkiləcəyimi biləndə çox sevindim. Təklifi çox düşünmədən dəyərləndirdim. Film çəkilişlərindən zövq alıram. Aparıcılıqdan isə ikiqat zövq alıram", - deyən G.Məmmədova sualımıza əsasən fikrini yenə şəxsi həyatı üzərində köklədi. Dedi ki, insanın ətrafında
nə qədər çox sevəni, dostu olsa da, ömür yarına hər zaman ehtiyac duyulur. Onu kimsə əvəz edə bilməz:

"Hər bir xanıma onu sevən, düşünən, qayğısına qalan, hətta nazı ilə oynayan və ən əsası - ömrünün sonuna qədər onunla ola bilən ömür-gün yoldaşı lazımdır. Hamımız özümüzə qadın xoşbəxtliyi arzulayırıq. Amma bu, hələ ki, mənə nəsib olmayıb. İnanıram ki, mənim də payıma bu xoşbəxtlikdən bir pay düşəcək", - deyən teleaparıcı fikrini nikbin cümlələrlə bitirdi.


Geri qayıt