Əsas Səhifə > Şou-biznes > "ƏSL KİŞİ VƏ MƏNİM ZÖVQÜMCƏ OĞLAN..."

"ƏSL KİŞİ VƏ MƏNİM ZÖVQÜMCƏ OĞLAN..."


22-03-2012, 11:57
"ƏSL KİŞİ VƏ MƏNİM ZÖVQÜMCƏ OĞLAN..."

SƏİDƏ SULTAN SEVGİYƏ İNANMADIĞINI DEYİR

Azərbaycanlı müğənni Səidə Sultan əziyyət çəkdiyi məqamlardan söz açıb. Müğənni sevgiyə inanmadığını dilə gətirib.

Milli.Az-a açıqlama verən Səidə bunları deyib:

“Maddi baxımdan əziyyət çəkdiyim günlərim olub. Ancaq elə zamanlarım da olub ki, maddi baxımdan əziyyət çəkdiyim günlərin 5 qatını qazanmışam. Maddi baxımla yanaşı, mənəvi cəhətdən də əziyyətlərim olub. Çünki uşaqlıqda sevdiyim insana görə əziyyət çəkmişəm.

İndi təmiz sevgi çox azdır. Hal-hazırda mənim üçün sevgi yoxdur. Çünki indi əsl kişi və mənim zövqümcə oğlan çox azdır. Eyni zamanda mənə sevmək olmaz. Çünki özüm oğlanam (gülür). Ancaq indi oğlan dostlarım var və çox mehribanam”.


Geri qayıt