Əsas Səhifə > Sosial, Manşet > MASALLIDA VƏZİYYƏT GƏRGİNLƏŞİR

MASALLIDA VƏZİYYƏT GƏRGİNLƏŞİR


22-03-2012, 12:54
MASALLIDA VƏZİYYƏT GƏRGİNLƏŞİR

RAYON ZİYALILARI 27 MART TARİXİNDƏN ÖLÜM ACLIĞINA START VERİR

DİA.AZ: - Masallı ziyalıları və ictimaiyyət nümayəndələrinin 22 mart 2012-cil il tarixə təyin edilmiş “ölüm aclığı” aksiyasının daha geniş miqyaslı, effektli alınması və digər obyektiv səbəblərə görə 27 mart 2012-ci il tarixə keçirilməsi barədə qərar qəbul edib. Bu barədə məlumatı redaksiyamıza Masallı Ziyalıları İctimai Birliyinin sədr müavini Ramil İbadullayev verib.

DİA.AZ-a daxil olan məlumatda deyilir ki, qərar 17 mart 2012-ci il tarixdə Masallı ziyalıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda qəbul edilib: “Eyni zamanda hal-hazırda ziyalılara ciddi təzyiqlər davam edir. Belə ki, Təklə kənd ərazi nümayəndəsi İqamət fəallardan Asəf Əliyevə təzyiq və digər ələ alma üsulları ilə mübarizədən çəkindirmək üçün təsirlər edir”.

Mənbə bildirir ki, RİH başçısı Qəzənfər Ağayev Musaküçə körpüsünün yanında fəaliyyət göstərən Hacı Ərəstuna məxsus çayxananın bağlanmasına dair göstəriş verib: “Belə ki, Hacı Ərəstunu 16 mart 2011-ci il tarixdə qəbul edərək ona, “ya Masallı Ziyalıları İctimai Birliyinin sədrini çayxanaya buraxmayacaqsan, ya da çayxananı bağlamalısan” hədəsini ünvanlayıblar. Əks təqdirdə çayxana söküləcəkdir”.

Bu məşhur çayxana 4-cü gündür ki bayram ərəfəsində bağlıdır. Çayxananın məhşurluğu çayxananın 5-ci dəfə Məmmədağa Eynullayevə görə bağlanmasıdır.

Xatırlatmaq istəyirik ki, prezidentin Masallıya səfəri ərəfəsində Hacı Ərəstunun, çayxananın yaxınlığında yerləşən 15 nəfərə yaxın şəxsin işlədiyi avtomobil təmiri sexləri sökülərək tamamilə dağıdılıb.

Ziyalılar da bundan sonra Qəzənfər Ağayevin restoranlarında və çayxanalarında istirahət vaxtlarını keçirməyə qərar veriblər. Görəsən həmin obyektləri də bağlatdıracaqmı?


Geri qayıt