Əsas Səhifə > Gündəm, Manşet > HAFİZ HACIYEVİN ƏMİSİ OĞLU SAHİBKARA «ATIB»
HAFİZ HACIYEVİN ƏMİSİ OĞLU SAHİBKARA «ATIB»15-09-2011, 13:06 |
VİLYAM HACIYEVİN FIRILDAQÇILIĞI NƏTİCƏSİNDƏ 200 İŞÇİNİN AİLƏSİ AC-SUSUZ QALIB DİA.AZ: - Artıq yerlərdə sahibkarların icra başçıları tərəfindən incidilməsi bir ənənə halını alıb. Sanki cəmiyyətimiz də bu tipli özbaşınalıqlara vərdiş edib. Yəni belə bir qənaət var ki, elə belə də olmalıdır. Bəs sahibkar nədən ötrüdür? Sahibkara başçı da zülm etməsin, kim etsin? Bildirək ki, yaranmış situasiyada əslində milli burjuaziya hesab olunan və yaxud cəmiyyətimizin bel sütunu olmalı olan milli burjuaziyamızın təməli hesab olunan çağdaş sahibkarlıq sisteminin məqsədli şəkildə məhvi prosesi həyata keçirilməkdədir. Bildirək ki, bu hal bütün ölkə miqyasında cərəyan etməkdədir. Elə bir ünvan yoxdur ki, orada sahibkarın haqqı tapdanmasın. Dövləti təmsil edən qurumlar sanki bir reket-quldur kimi davranaraq sahibkarın qazancına şərik çıxır ki, bu da Azərbaycanın sıradan özəlliklərindəndir. Bir yandan vergilər nazirliyi, bir yandan iqtisadi inkişaf nazirliyi, bir yandan hətta fövqəladə hallar nazirliyinin yanğınsöndürənləri bu gün AZƏRBAYCAN SAHİBKARININ BAŞININ ÜSTÜNDƏ DOMOKL QILINCI KİMİ DAYANARAQ, onun qazancına şəriklik etməkdədir. Bu şəriklər içində ən böyük quldurluğa imza atanı isə bir daha vurğulayırıq ki, icra strukturlarıdır. Yerlərdə prezidentin nümayəndəsi hesab olunan icra başçıları məhz bu statuslarından istifadə edərək milli burjuaziyaya əməlli-başlı divan tuturlar. Hər biri özünü rəhbəri olduğu bölgənin PADŞAHI hesab icra başçılarına isə məhz hansısa sahibkarı haqsız yerə incitməsinə görə, «gözün üstündə qaşın var» deyən də yoxdur. Bu isə cəzasızlıq müzitinin möhkəmlənməsi deməkdir. Cəzasızlıq davamedici və əbədidirsə, o zaman başıpozuqluq və özbaşınalıq yaranır. Artıq Azərbaycanda özbaşınalıq sanki bir sistemə çevrilib. Bütün sistem məhz «bespredel»in üzərində dayanır. Təbii ki, ən acınacaqlı durum məhz əyalətlərdədir. Xırda padşahların ümidinə buraxılmış rayonlarımızda. Bu gün Azərbaycanın rayonları sanki işgəncə koloniyalarını xatırladır. Hüdudsuz səlahiyyətlər bu gün əyalət məmurlarının yerli sakinlər üzərində istənilən bir özbaşınalığına nədən olmaqdadır. «Dünya» İnformasiya Agentliyinə daxil olan faktlar isə bu özbaşınalığın kuliminasiya həddi kimi də qəbul oluna bilər. Söhbət bir icra başçısının yerli sahibkarı mülfis etməsindən 200-ə yaxın işçinin ailəsinin isə ac qoyulmasından gedir. Redaksiyamızı bilgiləndirən məlumatlı mənbənin sözlərindən belə məlum olur ki, bu gün icra başçısının zülmündən ən çox əziyyət çəkən bölgələrimizdən biri də Samux rayonudur. Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi oğlunun idarəçilyində olan bu rayondakı eybəcər mənzərə ilə bağlı məlumatlar bu vaxta qədər də mətbuatın diqqətində olub. Yəni rayonun icra başçısı Vilyam Hacıyev çoxdan bütün ölkə miqyasında ad çıxarıb. Məlumatlı mənbənin bildirdiklərindən belə məlum olur ki, Vilyam Hacıyev yerli sahibkarlar üçün əməlli-başlı təhlükə rolunu oynamaqdadır: «Bu gün Samux rayonunda Vilyam Hacıyevə yaxın olmayan bir sahibkar da qalmayıb. Onlarla iş adamı başını götürüb Samuxdan qaçıb. Səbəbsə Vilyam Hacıyevin reketçiliyidir». Mənbə bildirir ki, icra başçısının fırıldaqçılığından ən böyük zərərgörmüşlərdən biri də rayounun asfalt zavodunun müdiri Nəsir Nəzərovdur. Mlumata görə, Vilyam Hacıyev yerli iş adamının 500 min manat pulunu mənimsəyib: «Hər dəfə bu pul tələb olunanda isə başçı sahibkarı şərləməklə təhdid edir». Apardığımız araşdırmalar nəticəsində öyrənə bildik ki, Nəsir Nəzərov zamanında Rusiyada yaşamış və orada böyük biznesdə uğur qazana bilmiş şəxslərdəndir. Düz beş il əvvəl vətənə qayıdan iş adamı əslən Samux rayonunun Ağasıbəyli kəndindəndir. Samuxa dönüşündə də məqsəd doğma rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdan, rayonunda iş yeri açaraq həmyerlilərinə gün ağlamaq niyyətindən ibarət olub. Amma sən saydığını say, gör fələk nə sayır… Bu niyyətlə vətənə dönən Nəsir Nəzərov bu gün dönüşünə peşmandır. Bu barədə məlumatı verən Samuxdakı qaynağın sözlərinə görə, icra başçısı onun 500 min manat pulunu mənimsəməklə yanaşı, onu bu günlərdə böhtan yolu ilə həbs etdirəcəyini də açıq-aşkar söyləyib: «Bu günlərdə Nəsir Nəzərov pulunu tələb etmək üçün icra başçısının qəbulunda olub. Vilyam Hacıyev 500 min manatı ödəməkdən boyun qaçırmaqla yanaşı, sahibkarı təhdid də edib. Nəsir Nəzərova bildirib ki, onu müxalifətçi elan edərək dövlət çevrilişinə cəhddə ittiham edib, həbs etdirəcək». Mənbənin sözlərinə görə, icra başçısının bu özbaşınalığı səbəbindən Nəsir Nəzərovla yanaşı, onun rəhbəri olduğu müəssisənin 200 işçisi də ailəsinə çörək apara bilmir: «Bu gün həmin işçilər də sahibkarla bərabər Vilyam Hacıyevin nə zaman insafa gələcəyini, onların pulunu verəcəyini gözləməkdədirlər». Lakin belə görünür ki, onlar hələ çox gözləməli olacaqlar. Bura axı, Azərbaycandır… Araşdırmalarımız davam edir… NADİR Geri qayıt |