Əsas Səhifə > Hadisə > KEÇMİŞ DÖYÜŞÇÜ SƏFƏR ƏBİYEVƏ SƏSLƏNDİ

KEÇMİŞ DÖYÜŞÇÜ SƏFƏR ƏBİYEVƏ SƏSLƏNDİ


7-10-2011, 14:19
KEÇMİŞ DÖYÜŞÇÜ SƏFƏR ƏBİYEVƏ SƏSLƏNDİ

“MÜDAFİƏ NAZİRLİYİ İFŞA OLUNACAQ”

Tərtər özünümüdafiə batalyonunun sabiq komandiri, adıçəkilən rayonun keçmiş icra başçısı Sərdar Həmidov Müdafiə Nazirliyinin “Yeni Müsavat” qəzetini məhkəməyə verməsini pisləyir.

Bununla bağlı redaksiyamızla əlaqə saxlayan Sərdar Həmidov dedi ki, ordudakı neqativləri aradan qaldırmaq əvəzinə ölkənin aparıcı qəzetini məhkəməyə verib ondan pul tələb etmək, əməkdaşlarının barəsində cinayət işinin başlanmasını istəmək sonda Müdafiə Nazirliyinin rəhbərliyinin, konkret olaraq S.Əbiyevin özünün əleyhinə işləyəcək:

“Çünki yazılanlardan və yazılmayan həqiqətlərdən aydın olur ki, kiçik bir araşdırma aparmaqla bu adamların hərəkətlərinin ordunu inkişafdan saxlamasını təsdiq etmək olar. Səfər Əbiyevin “Yeni Müsavat”ı məhkəməyə verməsi bizim də hiddətimizə səbəb olub. Biz təbii ki, qəzetin müdafiəsinə qalxacağıq. Mən Səfər Əbiyevə tövsiyyə edərdim ki, bu iddiasını geri götürsün və məhkəmə çəkişməsi açmasın. Çünki məhkəmə başlayacağı və mətbuata təzyiq ediləcəyi təqdirdə çox ciddi ifşaedici faktlar ortaya çıxacaq. Mən özüm döyüşlərdə iştirak etmişəm, komandir olmuşam. Həmin vaxt Əbiyevin və bu gün nazirliyin rəhbərliyində olan bir çox şəxslərin hansı oyunlardan çıxması barədə kifayət qədər faktlara malikəm. Əgər onlar iddialarını geri götürməsələr, biz müdafiə prosesində bunları açıqlayacağıq, əməllərini ifşa edəcəyik”.


Geri qayıt