Əsas Səhifə > Sosial, Manşet > «TEXNİKABANK» MƏMURLARIN «OYLAĞI» OLUB

«TEXNİKABANK» MƏMURLARIN «OYLAĞI» OLUB


23-03-2012, 13:33
«TEXNİKABANK» MƏMURLARIN «OYLAĞI» OLUB

ETİBAR ƏLİYEVİN AZADLIĞA ÇIXMASINA KİMLƏR YARDIM EDİB?

DİA.AZ: - Məlum olduğu kimi, «TexnikaBank»ın bir neçə gün əvvəl həbs olunmuş rəhbəri Etibar Əliyev artıq azadlıqdadır. Bu barədə yayılan xəbərləri redaksiyamıza hökumət içindəki mötəbər mənbələr də təsdiqləyiblər və bildirilir ki, Etibar Əliyev azadlığının müqabilində külli miqdarda varidatından da vaz keçməli olub. Amma bank rəhbərini azadlığa daşıyan yollar bu qədər hamar olmayıb və bu işdə ona yardım edən gizli şəxslər də var.

Mötəbər mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, Etibar Əliyevin azadlığa çıxa bilməsi üçün ən böyük dəstəyi verənlərdən biri tanınmış iş adamı, onlarla şirkət sahibi, Rusiyanın yeni seçilmiş prezidenti Vladimir Putinin yaxın dostu İlham Rəhimlidir. Mənbəmiz iddia edir ki, İlham Rəhimli uzun illərdir ki, Etibar Əliyevlə həm dostluq əlaqələrinə və həm də işgüzar əməkdaşlığa malikdir.

Mənbənin söylədikləri: «İlham Rəhimlinin şirkətlərinin bütün bank əməliyyatları təsadüfi deyil ki, «TexnikaBank»la həyata keçirilir. Bu bankda həm də İlham Rəhimlinin qara əməliyyatları da həyata keçirildiyindən bu iki şəxsi bir-birilərinə çox mübhəm əlaqələr birləşdirir».

Məlumatlardan o da aydın olur ki, əslində «TexnikaBank» dünənə qədər bir çoxlarının qara pullarının yuyulmasında əsas vasitə olduğundan Etibar Əliyevin həbsdə uzun müddət qalması ilk gündən ağlabatan görünmürdü. Elə buna görə idi ki, Etibar Əliyevin həbsi xəbəri mətbuat üün də inandırıcı gəlməmişdi və bu xəbər qəzet səhifələrinə daha gec yol tapmışdı. Çünki kifayət qədər informasiyalı əksər qəzetçilər belə bir hadsəni ilk gündən inandırıcı hesab etmirdilər.

Redaksiyamızın əldə etdiyimi məlumatlarda o da bildirilir ki, Etibar Əliyev həbsdən azad edilsə də, onun yenidən «TexnikaBank» rəhbərliyinə dönüşü imkansızdır. Bu barədə mənbəmizin söylədikləri: «Təbii ki, Etibar Əliyevi himayə edən qüvvələr bu xəbərin ictimailəşməsinin qarşısını almağa çalışırdılar və onların niyyəti belə idi ki, ümumiyyətlə, xəbərlər yayılmamış Etibar Əliyevi azadlığa çıxarsınlar. Lakin mətbuat nəhayətdə hadisəni işıqlandırdı və planlar pozuldu».

Maraqlıdır ki, hələ də rəsmi qaynaqlar bu faktları işıqlandırmağa həvəs göstərmirlər. Yalnız bank bu barədə açıqlama verərək, fəaliyyətini əvvəlki qaydada davam etdirdiyini açıqladı. Bu isə ortada kifayət qədər qaranlıq məqamlaorın olmasından xəbər verir.

Araşdırmalarımız davam edir. Bizi izləyin…


Geri qayıt