Əsas Səhifə > Şou-biznes > "HAMI İLƏ YAXŞI MÜNASİBƏTDƏ OLMAĞA ÇALIŞIRAM”
"HAMI İLƏ YAXŞI MÜNASİBƏTDƏ OLMAĞA ÇALIŞIRAM”23-03-2012, 13:54 |
GƏNC MÜĞƏNNİ KİN SAXLAYA BİLMİR Tanınmış müğənni Sevda Yahyayeva həyatda qarşılaşdığı çoxsaylı çətinliklərə rəğmən, səhnəmizdə özünə layiqli yer tapa bilib. Day.Az bildirir ki, müğənni bunu yerli telekanallardan birinin efirində söyləyib. "2012-ci il mənim üçün uğurlu başlandı, konsertlə çıxış etdim. Öz üzərimdə bundan sonra daha çox çalışaraq, tamaşaçılara yeni mahnılar və kliplərimi təqdim etmək niyyətindəyəm. İki gün sonra yeni hit mahnımın təqdimatı olacaq. Mahnının sözlərinin müəllifi Pərviz Mahmudovdur", - Sevda deyib. Müğənninin sözlərinə görə, xislət etibarilə çox dostcanlı adamdır və bu səbəbdən də heç vaxt kimsə ilə dalaşmır: "Hamı ilə yaxşı münasibətlərdə olmağa çalışıram. Hətta nə isə baş verəndə ilk addımı atmağa çalışıram. Kiməsə qarşı uzun müddət kin saxlamağı sevmirəm". Geri qayıt |